Roberto Bordin: "Bütün oyunçulara etiraz edirəm"

11.08.2018 | 5854 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə start verilib. Mövsümün ilk turunda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Matç “flaqman”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq matç haqda danışıb:

- Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik. Oyunda üstün olmağımıza baxmayaraq istədiklərimizi yerinə yetirə bilmədik.

- Anton Krivotsyuku mərkəz müdafiəçisi kimi oynatdınız. Ondan istədiyinizi ala bildiniz?
- Anton millidə mərkəz müdafiəçisi kimi oynayır. Hər iki mövqedə oynamağa layiq futbolçudu. Onun oyunundan razıyam, lakin sarı vərəqə almamalı idi.

- Oyun ərzində bir neçə dəfə Səlahət Ağayevə iradınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?
- Bütün oyunçulara etiraz edirəm. Çünki oyuna tez başlamalı idik. Xüsusən də rəqib azlıqda qalandan sonra etiraz edirdim. Səlahət son dəqiqələrdə oyunu ləngidirdi, biz isə üçüncü qolu vurmaq istəyirdik. Ümumilikdə, onun oyunundan razıyam.

- Müdafiədəki boşluqları necə doldurmağı planlaşdırırsınız?
- Bu məsələnin üzərində işləyirik. Düzdü, Ruslan Abışov bizim üçün ciddi itkidir. Ancaq onsuz oynamağa məcburuq.

- Çox qol vurmaq istədiyinizi desəniz də, ikinci hissənin əvvəlində müdafiəyə meyilli futbolçuları meydana buraxdınız. Hesabı qorumaq üçün belə addım atdınız?
- Zədəli oyunçumuz var idi. O dəyişiklik heç bir taktiki xarakter daşımırdı. Məcbur qaldıq və dəyişdik.

- Bu gün Azərbaycan çempionatında debüt etdiniz. Azərbaycan çempionatı ilə keçmiş klubunuz “Şerif”in mübarizə apardığı çempionat arasında hansı müqayisələr apara bilərsiniz?

- Azərbaycan çempionatında yaxşı legioner və yerli futbolçular var. Yalnız bunu deyə bilərəm.

- Dabonu bu gün cinahda oynatdınız. Onu sırf hücumçu kimi görmürsünüz?

- Dabo hər iki mövqedə yaxşı oynayır. Cinahda oynatmağımızın səbəbi ikili mübarizələrdən daha çox qalib ayırlmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail