Premyer Liqada 54-cü, “Neftçi”də 4-cü

12.08.2018 | 4820 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün “Sumqayıt”la “Neftçi” arasında açılış oyunu legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Stadium.Az xəbər verir ki, “Neftçi”ni ilk turun qarşılaşmasına çıxaran Roberto Bordin Premyer Liqada işinə uğurla başlayıb.

İtaliyalı mütəxəssisin yetirmələri səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib. Bordin Azərbaycan çempionatları tarixində komandasını meydana çıxaran 54-cü əcnəbi çalışdırıcı olub. Onadək 53 legioner baş məşqçi və ya baş məşqçi əvəzi bu funksiyanı yerinə yetirib. 

“Neftçi”nin baş məşqçisi çempionatlar tarixinə ikinci italiyalı kimi düşüb. Onadək “Xəzər Lənkəran”a müvəqqəti rəhbərlik edən Covanni Melkiorre 1 matçda yetirmələrini meydana çıxarıb.

Bordin “Neftçi”nin tarixinə Premyer Liqadakı 4-cü legioner baş məşqçi kimi düşüb. İtaliyalıya qədər çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen Gede “ağ-qaralar”a rəhbərlik edib

“Sumqayıt”la oyun “Neftçi”nin Azərbaycan çempionatlarında yubiley – 750-ci matçı kimi əlamətdar olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail