Aftandil Hacıyev: "İndidən bir söz demək çətindir"

12.08.2018 | 5579 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın ilk tur matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Çətin oyun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik.

- İstədiyiniz komandanın neçə faizini gördünüz?

- Son 2 həftədir komandanı formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci oyunumuz idi. Əlbəttə, bu, görmək istədiyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm.

- Bu çempionatda hansı yerə ümid edirsiniz?

- İndidən bir söz demək çətindir. Komandalar güclənib. Proqnoz verməyi xoşlamıram.

- Komandanı meydana kapitan kimi çıxaran Rahid Əmirquliyev dövlət himnini oxumaması ilə yenə diqqət mərkəzinə düşdü. Bir baş məşqçi kimi bunu necə qarşılayırsınız?

- Rahidin himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsanız, yaxşıdır. Əmirquliyev nümunə göstərdiyimiz futbolçulardandır. O, xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünümürəm ki, hörmətsizlik etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail