Hannes Halldorsson: "Bu, karyeramın ən parlaq anlarından biri idi"

14.08.2018 | 985 dəfə oxunub

"Penalti siriyası həmişə lotereyadır, lakin rəqibin planını oxumaq və onun qol vurmasının qarşısını almaq lazımdır". 

Stadium.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun və İslandiya milli komandasının qapıçısı Hannes Halldorsson "Presbol"a müsahibəsində deyib. 34 yaşlı qolkiper Rusiyada keçirilmiş dünya çempionatında Argentina ilə oyun zamanı Lionel Messinin penaltisini dəf etdiyi anı xatırlayıb:

"Bu, karyeramın ən parlaq anlarından biri idi. İndi isə bu epizod barədə çox düşünmürəm. Amma getdiyim yerlərdə insanlar bunu xatırladırlar. Penalti təyin olunanda heç vaxt təzyiq hiss etmirəm". 

Halldorsson bildirib ki, Belarusda BATE ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu penaltilər seriyasınadək davam etsə, zərbələri dəf etməyə hazır olacaq.

Avqustun 14-də "Borisov Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.11.2018

14:35  Millimiz vacib oyuna çıxır - YENİLƏNİR

12:41  Uels – Danimarka - 1:2 VİDEO

12:25  Argentina - Meksika 2:0 VİDEO

12:14  Braziliya - Uruquvay 1:0 VİDEO

16.11.2018

18:12  "Eşitdiyim ən qəribə sualdı" - Farer adalarının kapitanı

15.11.2018

17:29  "Bunu Azərbaycana qarşı etmişdik" - Maltanın baş məşqçisi

16:38  Milli komandamıza 50000 manat mükafat - Qrupdan çıxsalar

12:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.11.2018

16:18  Ayxan Abbasov "Sumqayıt"da - RƏSMİ

13.11.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi