"Qarabağ" Avrokuboklardan nə qədər qazanacaq?

15.08.2018 | 4145 dəfə oxunub

“Qarabağ”ın 2018/2019 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib.

Stadium.Az xəbər verir ki, Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələsinin iştirakçısı olan Ağdam təmsilçisinə müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. III raundda iki oyunun nəticəsinə əsasən (0:1, 1:1), Belarusun BATE komandasına uduzan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdir.

“Qarabağ”ın Avropa Liqasında büdcəsini daha da zənginləşdirmək imkanı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.

Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro alacaq. Qalibə isə 4 milyon avro ödəniləcək.

UEFA ÇL-in və Avropa Liqasının qrupuna düşə bilməyən ölkə çempionlarına əlavə olaraq, 260 min avro da verəcək. Yəni, “Qarabağ” pley-offda “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibini keçə bilməsə, mövsümü 1 milyon 700 min avro qazancla başa vuracaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail