Kurtuanın nifrət etdiyi "Real"a keçdi haqda

16.08.2018 | 3984 dəfə oxunub

Futbolçuların tansferi adi hal sayılır. Düzdür, bəzi transferlərdə problemlər baş verə bilir, narazılıqlar olur.

Stadium.Az xəbər verir ki, "Çelsi"dən ayrılan qapıçı Tibo Kurtuanın transferi isə qalmaqallı və əziyyətli oldu. Bu keçidin rahat başa gəlməyəcəyi əvvəlcədən bəlli idi. Kurtua hələ Belçika millisi dünya çempionatına getməzdən əvvəl problemi anons etmişdi: “Mundialdan sonra məni kimsə "Çelsi"də saxlaya bilməz”. 

Bu, qalmaqalın başlanmasına işarə idi.

Bir həftə sonra isə Tibo alovlanan ocağa benzin tökdü: “Dünya çempionatından 8-9 gün sonra qərarımı açıqlayacağam. Hansı komandaya keçəcəyimi özüm təyin edəcəyəm. Bu məsələyə kimsə qarışa bilməz”.

Amma Kurtua danışmadı. Dünya çempionatı başa çatsa da, belçikalı qapıçıdan səs çıxmadı.

London klubunun yeni məşqçisi Maurisio Sarri məsələyə aydınlıq gətirmək üçün qolkiperin agentinə üz tutmalı oldu. Qapıçını klubda saxlamağa çalışan məşqçinin “Kurtuanın fikri nədir? Klubda qalır,yoxsa gedir”sualına agent Kristof Qenrotaydan cavab gəldi. “Tibo qərarını verib. "Çelsi"dən ayrılır. Hesab edir ki, Real onun üçün ən yaxşı variantdır. Kurtua Madriddə yaşayan ailəsinin yanında olmaq istəyir. "Çlesi" klubu "Real"dan gələn təklifi qəbul etməlidir”, -deyə agent bildirmişdi. 

Agentin dediklərini “əhəmiyyətsiz kəlmələr” adlandıran Sarri hər şeyi Kurtuanın dilindən eşitmək istəyirdi. Amma alınmadı. Belçikalı qolkiper məzuniyyətdən sonra kluba dönmədi. Tibo üsyan edirdi. Məşqləri buraxan Kurtua 200 min funt cərimələndi. Üsyan dayanmadı. Növbəti gün "Real"ın futbolkasını bağrına basan qolkiper Madriddə yaşayan ailəsinə görə “kral klubu”nu seçdiyini bəyan etdi.

Yeri gəlmişkən qeyd edək ki, "Çelsi" Kurtuanın karyerasında üçüncü, üsyan etdiyi klublar sırasında isə ikincidir. Qapıçının hərəkətləri "Çelsi" azarkeşlərində ona qarşı nifrət yaratmışdı. Fanatlardan üzr istəməsi nifrəti azaltmadı. Belçikalı "Real"ın fanatlarından da üzr istəməli oldu. Bu, səbəsiz deyildi. 2013–cü ildə "Atletiko" ilə İspaniya kubokunu qazanan Kurtua uca səslə "Real"ın ünvanına təhqirlər demişdi. Beləliklə, Tibo Kurtua artıq "Real"ın formasını geyinir. Yəqin ki, madridli fanatlar onun təhqirlərini zaman- zaman unudacaqlar. "Çelsi" fanatları isə Kurtuanın xəyanətini (klubun fanatları bu transferi xəyanət kimi qəbul edirlər) unutmayacaqlar. Tibonun agenti bu addımın ailəyə yaxın olmaq üçün atıldığını deyir:

“Kurtua çətin vəziyyətdə idi. "Real"dan gələn təklifi dəyərləndirməyə çalışırdı. Bəzən stress keçirirdi. Transferin alınmayacağından qorxurdu. Ailəsinə yaxın olmaq istəyirdi. London klubundan ayrılmasında başqa bir səbəb axtarmayın”. Agentin bu transferi ailə ilə baglaması inandırıcı görünmür. Çünki Kurtua Madriddə yaşayan Adriana ilə xeyli müddətdir ki, boşanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail