"Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli

"Qəbələ" Azərbaycan Premyer Liqanın 2-ci turunda “Dalğa Arena”da "Neftçi" ilə üz-üzə gələcək.
Stadium.Az xəbər evrir ki, bu, ilk dəfə 12 il öncə qarşılaşan rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb.
16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 58:57.
Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.
Ardıcıl 10 görüşdür heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.
Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.
“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Komanda səfər matçlarında rəqibindən üstündür. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran "Qəbələ" 26 top buraxıb.
Avqustun 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
“Çelsi” – “Malmö” - 3:0 VİDEO
|
“İnter” – “Rapid” - 4:0 VİDEO
|
“Betis” – “Renn” - 1:3 VİDEO
|
23.02.2019



22.02.2019















21.02.2019









20.02.2019








19.02.2019


![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 10 | 8 | 1 | 1 | 20-7 | 25 | |
2. | Qarabağ | 10 | 6 | 2 | 2 | 17-11 | 20 | |
3. | Səbail | 10 | 5 | 2 | 3 | 12-11 | 17 | |
4. | Sabah | 10 | 5 | 1 | 4 | 9-11 | 16 | |
5. | Qəbələ | 10 | 3 | 3 | 4 | 14-14 | 12 | |
6. | Sumqayıt | 10 | 3 | 2 | 5 | 10-13 | 11 | |
7. | Keşlə | 10 | 1 | 3 | 6 | 8-14 | 6 | |
8. | Zirə | 10 | 1 | 2 | 7 | 7-16 | 5 | |
![]() |

11.11 | Sumqayıt | --- | Keşlə |
11.11 | Qəbələ | --- | Qarabağ |
10.11 | Səbail | --- | Sabah |
10.11 | Neftçi | --- | Zirə |
24.11 | Qarabağ | - | Sabah |
24.11 | Keşlə | - | Qəbələ |
25.11 | Zirə | - | Sumqayıt |
25.11 | Səbail | - | Neftçi |