Hafka Super Kubokun qalibini təbrik etdi
“Bakı” klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov Madridin “Atletiko” klubunu “Real” üzərindəki qələbə sayəsində (4:2) UEFA superkubokunu qazanması münasibəti ilə təbrik edib.
Stadium.az xəbər verir ki, Hafiz Məmmədov bunları deyib: “Atletiko” ilə bu gün də çox gözəl münasibətlərimiz var. “Land of fire Azerbaijan” brendi Madrid klubunun sayəsində kifayət qədər tanındı, ölkəmizin reklamı baxımından özünü tam doğrultdu. “Atletiko”nun bugünkü uğurları bizi çox sevindirir. Komanda UEFA Superkubokunu qazanmaqla növbəti titula sahib çıxdı. Özü də “Atletiko” həlledici görüşdə son 3 ildə Çempionlar Liqasını qazanan “Real”dan üstün oldu. Bu, böyük uğurdur. Qələbə münasibəti ilə klubun rəhbərliyini, eləcə də bütün dünyadakı azarkeşlərini təbrik edirəm”.
Madrid klubu bir neçə il əvvəl Hafiz Məmmədovun təşəbbüsü ilə “Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində meydana üzərində “Land of fire Azerbaijan” yazılmış forma ilə çıxırdı. Komanda ölkəmizlə əməkdaşlıq etdiyi ilk ildəcə “Barselona” və “Real”ın hegemonluğuna son qoyaraq La Liqada çempion oldu, eləcə də Çempionlar Liqasında finala yüksəldi.
“Bakı” ilə “Atletiko” arasında əməkdaşlıq müqaviləsi başa çatsa da, tərəflər arasında münasibət bu gün də davam edir. Təsadüfi deyil ki, ötən il “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün paytaxtımıza səfəri zaman Madrid klubunun prezidenti Enrike Serezo ilə Hafiz Məmmədov arasında görüş keçirilmişdi. Həmin görüş zamanı Serezo “Hafiz Məmmədov mənim dostumdu. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko” çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz bəylə yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq” fikirlərini səsləndirmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |