Messi milliyə çağrılmadı

18.08.2018 | 3770 dəfə oxunub

Argentina millisinin sentyabr ayı Qvatemala və Kolumbiya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyıt açıqlanıb.

Stadium.az xəbər verir ki, yığmanın müvəqqəti baş məşqçisi Lionel Skaloni 29 futbolçuya dəvət göndərib. Maraqlıdır ki, onların arasında komandanın aparıcı üzvləri – Lionel Messi, Serio Aquero, Qonzalo İquain, Anhel Di Mariya, Nikolas Otamendi və Evr Baneqanın adları yoxdur. Əvəzində “İnter”in hücumçusu Mauro İkardi yenidən yığmaya çağırılıb.

Argentina mətbuatının iddiasına görə, Messi milli karyerasına fasilə verdiyi üçün ona dəvət göndərilməməsini xahiş edib. Digər futbolçuların çağırılmamasının səbəbi isə açıqlanmayıb.

Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Heronimo Ruli (“Real Sosyedad”), Franko Armani (“River Pleyt”)

Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Markos Akunya (“Sportinq”), Funes Mori (“Vilyarreal”), Herman Patselya (“Fiorentina”), Eduardo Salvio (“Benfika”), Nikolas Talyafiko (“Ayaks”), Valter Kennemann (“Qremio”), Alan Franko (“İndependyente”), Leonel Di Plasido (“Lanus”), Fabrisio Bustos (“İndependyente)

Yarımmüdafiəçilər: Maksimilyano Mesa (“İndependyente”), Matias Varqas (“Veles”), Franko Servi (“Benfika”), Franko Vaskes (“Sevilya”),Covanni Lo Çelso (PSJ), Leandro Paredes (“Zenit”), Santyaqo Askasibar (“Ştutqart”), Rodriqo Battalya (“Sportinq”), Esekiyel Palasios (“River Pleyt”), Qonsalo Martines (“River Pleyt”)

Hücumçular: Kristian Pavon (“Boka Xuniors”), Ahxel Korrea (“Atletiko”, Madrid), Lautaro Martines (“İnter”), Mauro İkardi (“İnter), Covanni Simeone (“Fiorentina”), Paulo Dibala (“Yuventus”)

Argentina millisi sentyabrın 7-də Los-Anceles şəhərində Qvatemala ilə, həmin ayın 11-də isə Nyu-Yorkda Kolumbiya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail