Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

18.08.2018 | 1918 dəfə oxunub

Premyer Liqasının 2-ci turunda “Qarabağ” “Səbail”in qonağı olub. Oyun qonaqların 2:0 hsablı qələnəsi ilə başa çatıb.

Stadium.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabladırıb. O, əvvəlcə matç haqda danışıb:

- Futbolçuları təbrik edirəm. Dəyişikliklər etmişdik. Buna baxmayaraq, pis oyun alınmadı. Komanda nəticəyə oynamağa bacardı. “Səbail”ə uğurlar arzulayıram. 

- “Şerif”lə oyun haqda nə düşünürsünüz?

- BATE-yə məğlub olduq. Hər iki oyunda meydanda ən yaxşısını etməyə çalışdıq. Oyunumuz da pis alınmadı. Xüsusən də, ikinci oyun yaxşı alındı. Epizodlarımız çox oldu. Vurduğumuz qolu da məşqlərdə çalıışmışdıq. Elə oyunumuz yoxdu ki, çatışmazlığımız olmasın. Bu, normaldı. “Şerif”lə tanış olmuşam. Oyunlarına baxmışıq. Asan olmayacaq. Hər iki komanda qrup mərhələsi üçün mübarizə aparacaq. Çalışacaıq ki, oyuna düzgün hazırlaşaq.

- Rəşad Sadıqovun səhvləri müzakirə olunurdu. Sizcə də, Rəşad artıq getməlidir?

- Belə söhbətlərdən uzaq olmağa çalışıram. Kiminsə yerinə danışmaq istəmirəm. Ola bilsin, azarkeşlərin mövqeyi fərqli olsun. Rəşadı məndən yaxşı tanıyan olmaz. Onun karyerasını davam etməsini mən istədim. Rəşad üçün hər il bu söz-söhbətlər olur. Ona israrla qalıb oynamasını dedim. Özümə və Rəşadın gücünə arxayınam. O bizə lazımdı. Onun nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox oyunçuda bunu aşkar edərik. Sadəcə, üzdə olan insan daha çox müzakirə olunur, onun səhvi daha çox görünür. Yaxşı epizodları səhvlərə nisbətən gec görünür. Tənqidlərə normal baxıram, Rəşad haqda bu fikiri bildirənlərə də hörmətl yanaşırıq. Elə bir yer yoxdu ki, futbol müzakirə olunmasın. Yəni, bu hal normaldır. Rəşadın gücü tükənməyib. O özü də üzgündü. Güclü insandı. İnanıram ki, qarşıdaki oyunları daha yaxşı olacaq.

- Bu gün Rəşadın olmamağı nə ilə bağlıdır?

- İstirahət verilmişdi. Tək ona yox, əsas heyətin bir neçə oyunçusu istirahətdə idi. Rəşad səhər də məşq etmişdi. Elə bir problem yoxdu. Hər şey qaydasındadır. Bu fikirlər hamıya təsir edər, mənə də təsir edib. Peşəkar olmalıyıq, soyuqqanlı yanaşmalıyıq.

- Sizcə, Con Delarj “Qarabağ”ın uğursuz transferidir?

- Deməzdim, gözləmək lazımdı. O hələ özünün idela formasından uzaqdı. Komandada məşqə ən gec qoşulan oyunçudur. Vaxt lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ