Miçel: "Rəqib peşəkardır və onla yarışmaq çətindir" - MÜSAHİBƏ

19.08.2018 | 4943 dəfə oxunub

Azərbaycan Premyer Liqasında ikinci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib və qonaqlar meydandan qalib ayrılıb (0-2).

Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Miçel jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda fikirlərini bilmək istərdik...

- Ümumiyyətlə, rəqibdən aslı olmayaraq, səfər oyunları hər zaman çətin olur. Bugünki oyun da istisna olmadı. Oyunun ilk dəqiqələrində istədiyimiz kimi oynaya bilmirdik, lakin sonra nəzarəti ələ ala bildik.

- BATE-yə məğlub olub Çempionlar liqasını tərk etdikdən sonra, Premyer liqa oyunlarına hazırlaşa bilmisinizmi?

- Bu, futbolun qanunudur: yıxıldınsa, qalxmağı bacarmalısan. İstənilən halda davam etməliyik. Hələ Avropa Liqasının oyunları var. Sadəcə çalışmaq lazımdır.

- Oyun zamanı zədə aldınız və həkim müdaxiləsinə şahid olduq. Problem nə idi və indi yaxşısınızmı?

- Ciddi bir problem deyil. Sadəcə gəzən zaman ağrı olur.

- “Şerif”lə oyundan necə nəticə gözləməliyik?

- Rəqib peşəkardır və onla yarışmaq çətindir. Lakin arzumuz və məqsədimiz bəllidir. Ümid edirik ki, hər şey yaxşı olacaq.

- Miçel rəqib qapısına yol tapa bilir. “Şerif”lə oyunda da bu performansı gözləyə bilərik?

- Göylərdə uçmaq lazım deyil. Əsas olan qolu kimin vurması deyil, vurulan qolun komandaya nə qazandırdığıdır.

- “Qarabağ” üçün Avropa liqasının qruplarına düşmək uğur sayılır?

- Azərbaycan futbolunun indiki vəziyyətini nəzərə alsaq Avropa liqasında yarışmaq da uğurdur.

- “Qarabağ” Avropa liqasında 2 və ya 3-cü səbətə düşə bilər. Bu, vəziyyəti biraz yüngülləşdirə bilərmi?

- Hansı səbətə düşməkdən aslı olmayaraq, gərək rəqiblərimizə qalib gələk və növbəti mərhələyə keçək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail