Qara və Almeyda ən yaxşılar sırasında

12.09.2018 | 3790 dəfə oxunub

UEFA Millətlər Liqasında iki turdan sonra statistik göstəricilər açıqlanıb.

Stadium.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında top-5-liyə düşüb:

1. Serxio Ramos (İspaniya) - 204

2. Riçard Almeyda (Azərbaycan) - 150

3. Okay Yokuşlu (Türkiyə) - 148

4. Qara Qarayev (Azərbaycan) - 145

5. Çağlar Söyüncü (Türkiyə) - 145

İki turdan sonra ən çox qol vuran komanda İspaniyadır (8 qol). Lüksemburq 7, İsveçrə 6, Belarus 5, Türkiyə isə 4 dəfə rəqiblərini məyus edib.Millimiz 1 qolla ən aşağı yerlərdə qərarlaşıb. Liqada hələ ki, vahid bombardir yoxdur. Romelu Lukaku (Belçika), Stanislav Draqun (Belarus), Timu Pukki (Finlandiya), Kristian Eriksen (Danimarka) və Stefan Yohansen (Norveç) 2 qolla bombardirlər siyahısına başçılıq edirlər. Millimizin üzvü Təmkin Xəlilzadə 1 qolla aşağı yerlərdə qərarlaşıb.

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (4 dəfə).

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı Lixtenşteyn millisinin üzvü Benjamin Büxel və San Marino yığmasının qolkiperi Elia Benedettinidir (hər ikisi 14). Litvalı əlcək sahibi Ernestas Şetkus 13 seyvlə 3-cüdür. Tomas Strakoşa 9 qurtarışla 4-cü (Albaniya), Entoni Moris 8 seyvlə 5-cidir (Lüksemburq).

Yığmamızın qolkiperi Kamran Ağayev isə iki oyundan sonra 4 dəfə rəqib futbolçulara qol vurmaq imkanı verməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail