Sumqayıtın "Uğur"u Regionla Kuboka hansı problemlərlə gedir?

12.09.2018 | 342 dəfə oxunub

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək Sumqayıtın “Uğur” komandası bəzi problemlərlə üzləşib

Bu barədə komandanın baş məşqçisi Qəzənfər Abbasov məlumat verib. Onun sözlərinə görə, heyətə yeni oyunçuların cəlb edilməsi baxımından çətinliklər mövcuddur: “Əsasnaməyə görə, Region Kubokunda həvəskar səviyyədə 2 il oynamış futbolçu çıxış edə bilər. Bu səbəbdən, komandaya yeni futbolçuların cəlb edilməsi bir az çətindir. Ötən mövsüm bizimlə olan oyunçularla davam edəcəyik. Əlavə olaraq, digər klublardan da bir neçə nəfər cəlb etməyi düşünürük. Legioner gətirməyə isə maddi imkanımız yetərli deyil. Ola bilər ki, Azərbaycanda təhsil alan və ya işləyən həvəskar futbolçuya rastlayaq. Bax, eləsini götürə bilərik”.

35 yaşlı mütəxəssis bildirib ki, hazırda “Uğur” klub prezidenti Vasif Maşayevin şəxsi vəsaiti hesabına fəaliyyət göstərir: “Maşayev artıq 3-cü mövsümdür komandamıza dəstək verir. 2016/2017 mövsümündə ilk dəfə qatıldığımız Həvəskarlar Liqasının və kubokunun, ötən mövsüm isə Region Liqasının qalibi olmuşuq. Özü də bunu heç bir oyunda uduzmamaqla bacarmışıq. Yəni, komanda yarandığı 2016-cı ildən rəsmi matçlarda məğlub olmayıb”.

Qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi yarışa qatılan Sumqayıt təmsilçisi Ukraynanın “Lvov Region”, İspaniyanın “Kastilya-i-Leon” və Finlandiyanın “Qərb Rayon Komandası” ilə birgə VI qrupda yer alıb. Oyunlar Lvov şəhərində keçiriləcək. Təqvimə əsasən, ilk matçını oktyabrın 2-də meydan sahiblərinə qarşı keçirəcək “Uğur” oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.

Baş məşqçi qrupdakı rəqiblər haqda məlumat toplamağa çalışdıqlarını vurğulayıb: “Kastilya-i-Leon” 2009-cu ildə Region Kubokunun qalibi olub. Bu, o deməkdir ki, komanda neçə ildir bu səviyyədə çıxış edir. Ukrayna və Finlandiya komandaları da zəif deyillər. Rəqiblər haqda mümkün qədər məlumat toplamağa çalışacağıq. Klubumuz yeni yaranıb, elə də böyük təcrübəyə malik deyilik. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. “Uğur”un avqustun 12-dən hazırlıq prosesinə başladığını deyən Abbasov hazırda Abşeron Olimpiya Kompeksinin stadionunda məşq etdiklərini söyləyib: “Hazırda “Kapital Bank Arena” təmirdədir. Mehdi Hüseynzadə adına şəhər stadionunda isə “Sumqayıt”ın əsas və əvəzedici komandaları məşq edir. Yarışda oyunlarımız 3 gündən bir olacağı üçün burada eyni intervalla yoxlama matçlarında qüvvəmizi sınayırıq. Təxminən, 10-a yaxın görüşümüz olub. Heyətimizdə əvvələr peşəkar səviyyədə çıxış etmiş Elnur Abdulov, Ruslan Poladov, Mikayıl Rəhimov kimi futbolçular yer alıb”.

1966-cı ildə təsis olunan və 1999-cu ildən Region Kuboku adı altında keçirilən yarış iki ildə bir dəfə mini-turnir formatında qrupda yer alan komandalardan birinin təmsilçisi olduğu ölkədə keçirilir. 8 qrupda 1-ci yeri tutan kollektivlər 2019-cu ilin iyulunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışda 19 – 40 yaşlı futbolçular iştirak edə bilərlər. (Report.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.11.2018

10:29  Millimiz vacib oyuna çıxır - Yenilənir

16.11.2018

18:12  "Eşitdiyim ən qəribə sualdı" - Farer adalarının kapitanı

15.11.2018

17:29  "Bunu Azərbaycana qarşı etmişdik" - Maltanın baş məşqçisi

16:38  Milli komandamıza 50000 manat mükafat - Qrupdan çıxsalar

12:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.11.2018

16:18  Ayxan Abbasov "Sumqayıt"da - RƏSMİ

13.11.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi