"Sportinq"ə keçidim yanlış idi" - "Qarabağ"ın futbolçusu

13.09.2018 | 4491 dəfə oxunub

Simeon Slavçev: "Qarabağ"da özümü sübut etmək istəyirəm" "Sportinq" mənim transferim üçün böyük məbləğ vermişdi. Amma klub rəhbərliyi və məşqçilər mənimlə bağlı fərqli qərarlar verdilər".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev deyib. 24 yaşlı futbolçu "Sportinq"ə keçidinin yanlış addım olduğunu deyib: "Lissabon klubunun fanatları məni tanıyırlar, transferimə böyük məbləğ verildiyini bilirlər. Lakin onlar Simeonun niyə oynamadığını bilmirlər. Məni özüm istəmədən icarəyə verirdilər. "Liteks"dəki kimi barəmdə düzgün qərar verəcəklərini gözləsəm də, yanılmışdım. "Sportinq"lə bağlı xoş xatirəm yoxdur".

Slavçev "Qarabağ"da özünü sübut etmək istədiyini deyib: "Qarabağ"da rəhbərlik və azarkeşlər mənə hörmət edirlər. Bu da məni xoşbəxt edir. Bura tez bir zamanda uyğunlaşdım. "Qarabağ"da özümü sübut etmək istəyirəm. Uğurlu mövsümlər məni gözləyir."

Simeon Azərbaycan çempionatı ilə bağlı danışıb: "Premyer Liqada 8 komanda iştirak edir. Çempionata qatılmaq istəyən klub bank zəmanəti verərək, Premyer Liqaya gəlir. Maliyyə durumu yaxşıdır. Stadionlar kiçik olsa da, yenidir. "Qarabağ", "Qəbələ" və "Neftçi" kimi 3 eyni səviyyədə olan klub var. Bu komandalar arasında rəqabət gedir. Bu il Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakı Vyana və Dubayın vəhdətinə oxşayır. Azəbaycanda insanlar hörmətlə yanaşırlar. Bu ölkəni ilk gündən sevdim".

Slavçev yayda "Sportinq"dən "Qarabağ" keçib. O Bolqarısta millisinin heyətində zədə aldığı üçün sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı oynamayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail