"Qarabağ"ın rəqiblərində zədə bolluğu

13.09.2018 | 4435 dəfə oxunub

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan “Arsenal”la “Vorskla” heyətlə bağlı problemlə üzləşib.

Stadium.az xəbər verir ki, “topçular”ın 7 futbolçusu - Loran Koselni, Aleks İvobi, Karl Cenkinson, Lukas Torreyra, Enzli Meytlend-Naylz, Sead Kolaşinats və Pyer-Emerik Obameyanq zədəlidir. Buna görə də, baş məşqçisi Unay Emeri sentyabrın 15-də Premyer Liqanın 5-ci turunda “Nyukasl”la səfər oyunu üçün heyəti müəyyənləşdirməkdə çətinlik çəkir.

Obameyanq əzələsindəki ağrılara görə Qabon millisinin təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib. 29 yaşlı forvard “topçular”ın son məşqində fərdi şəkildə çalışıb. “Arsenal”ın həkimləri Uruqvay millisində zədələnən Torreyranı da həftəsonu keçiriləcək oyuna çatdırmağa çalışır. Cenkinson, Meytlend-Naylz və Kolaşinats isə məşqlərə oktyabrda başlayacaq. Koselni fərdi məşqlərə başlasa da, komandaya sentyabrın sonunda qoşulacaq. İvobi isə xəstə olduğu üçün hazırlıq prosesindən kənarda qalıb. 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi - Ukraynanın "Vorskla" klubunun isə üç futbolçusu zədəlidir. Müdafiəçi Aleksandr Çijov, yarımmüdafiəçi Artem Qabelok və hücumçu Yuri Kolomoeç zədədən əziyyət çəkirlər. Bu futbolçuların nə vaxt bərpa olacağı barədə məlumat verilməyib.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Vorskla” və “Sportinq”lə (Portuqaliya) mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail