"Yuventus"un və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu canlı yayımda klub televiziyasının aparıcısını parodiya edib.
Stadium.Az "CalcioMercato"ya istinadən xəbər verir ki, Ronaldu məşqə çıxdığı vaxt çəkiliş qrupunu görüb. O, müxbirin arxasında duraraq, reportyorun tipik davranışını təsvir edib.