Vaqner Silva: "Əsas məsələ səfərdə qələbə qazanmaqdı"

14.09.2018 | 3814 dəfə oxunub

"Sumqayıt" üzərindəki 1-0 lıq qələbədən sonra "Qarabağ"ın qapıçısı  Vaqner Silva jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəldən oyunun gərgin olacağını və müəyyən hissələrdə rəqibin bizə çətinlik yaradacağını gözləyirdik. Bəzən meydanda istədiyin alınmır. Buna baxmayaraq, özümüzü qələbə münasibətilə təbrik edirəm. Əsas odur ki, çətin oyunda vacib qələbə qazandıq.

- Bir çox məqamda komandanı qoldan xilas etdiniz. Xüsusilə bir epizodda möhtəşəm seyvlə yadda qaldınız. Həmin anı necə şərh edərdiniz?

- Ümumiyyətlə, belə şeyləri fərdiləşdirmək istəməzdim. Udanda da, uduzanda da bunu komanda şəklində edirik. “Qarabağ” böyük komandadır. Hər kəs öz işini görməyə çalışır. Oyun ərzində qapıya 2-3 zərbə gəlir. Həmin anda hazır olmalıyıq.

- Sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə qarşılaşacaqsınız. Rəqibi nə dərəcədə tanıyırsınız? Hansı üstün və zəif tərəflərini bilirsiniz?

- Doğru qeyd etdiniz. Həqiqətən rəqibi yaxşı tanıyıram. Dəfələrlə onlara qarşı oynamışam. “Sportinq” mənə xoş anları xatırladır. Bu komanda ilə bağlı xoş xatirələrim var. 9 dəfə bu komandaya qarşı oynamışam və cəmi 2 matçda məğlub olmuşam. Çətin oyun olacağı şübhəsizdir. Amma biz səfərə ümidlə gedirik ki, yaxşı nəticə qazanaq.

- “Boavişta”da oynadığınız son mövsümdə 2 dəfə “Sportinq”lə qarşılaşmısınız və hər ikisində uduzmusunuz. Necə düşünürsünüz, “Qarabağ” bu komandaya qalib gələ bilərmi?

- Hər iki məğlubiyyət məhz son mövsümə düşüb. Səfərdə oynamağımıza baxmayaraq, qələbə qazanmaq şansımız var. “Sportinq” ölkəsinin ən güclü klublarından biridir. Bunu deməyə ehtiyac yoxdur. Eyni zamanda, “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Onlar da bunu bilirlər, məlumatları var.

- “Qarabağ”da rəqabət apardığınız qapıçı Hannes Halldorsson milli komandada 2 oyuna 9 top buraxıb. Hazırda onun psixoloji durumu elə də yaxşı deyil. Necə düşünürsünüz, baş məşqçi “Sportinq”lə oyunda kimə şans verəcək?

- Bunlar futbolda təbii şeylərdir. Halldorssonun belə vəziyyətlərdən çıxmaq üçün kifayət qədər təcrübəsi var. Bu gün onun başına gələnlər sabah istənilən qapıçının başına gələ bilər. Ona görə də belə məsələlərə qarışmaq istəmirəm. O ki qaldı kimin oynayacağına, bu haqda da düşünmürük. Əsas məsələ səfərdə qələbə qazanmaqdır



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail