"Azərbaycanın ən böyük klubundayam" - Araz Abdullayev

14.09.2018 | 3279 dəfə oxunub

"Sumqayıt"la oyunda debut edən "Qarabağ"ın yeni transferi Araz  Abdullayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 - Bu qələbə bizim üçün çox vacib idi. “Sportinq”lə görüşdən öncə bizi müsbət mənada motivasiya etdi. Mənim də uzun müddət sonra ilk oyunum, debütüm idi. Bundan sonra özümü daha çox inkişaf etdirəcəm və daha yaxşı nəticələr əldə etməyə çalışacağam.

“Panionios” klubu ilə müqavilə bağladın, lakin sonradan yarımçıq qoydun. Yayılan məlumatlara görə, məşqi yarımçıq dayandırmısan. Bu barədə nə deyə bilərsən?

– Bu xəbər yalandı. Məşqi yarımçıq qoymamışam. Sadəcə deyə bilmədiyim bəzi nüanslar var idi ki, klubla razılığa gələ bilmədik və müqaviləni ləğv etdik.

– “Panionios”da qalmaq sənin üçün daha yaxşı deyildimi?

– Hazırki vəziyyət məni qane edir. Azərbaycanın ən böyük klubundayam və buna görə də şadam.

Səncə, Qurban Qurbanovun hökmü səni daha yaxşı futbolçu edə bilər?

– Əlbəttə, belə bir şəraitdə oynamaq futbolçu üçün həm çətin, həm də peşəkarlıq baxımından çox məhsuldar olacaq.

Niyə azərbaycanlı futbolçuların legioner həyatı uğurlu alınmır və onlar tezliklə Azərbaycana qayıtmalı olurlar?

Bu fikirlə razı deyiləm, mən bacardığım qədər Azərbaycanı yaxşı təmsil etməyə çalışdım. Lakin klublar arasındakı maddi və ya digər məsələlər, yolumuza daş oldu.

Sən gənc yaşlarından futbol ictimaiyyətinin diqqət mərkəzindəsən. İstedadına da söz ola bilməz. Lakin klublardakı bu davamsızlığın sənin karyeranda ciddi təhlükələr yaradır. Necə düşünürsən, səncə “Qarabağ” sənin üçün son ümiddirmi?

– “Qarabağ” elə klubdur ki, burda hamının şansı var. Rəqabət olan yerdə inkişaf var, buna görə də heç vaxt rəqabətdən çəkinməmişəm.

– “Sportinq”lə oyun barədə nə deyə bilərsən?

– Əgər çempion olmaq istəyirsənsə, evdəki bütün oyunlarda qalib gəlməlisən. Bizim üçün də əsas olan budur. “Sportinq”lə oyuna hələ vaxt var. Ona görə də elə burdakı oyunlar bizim üçün yaxşı hazırlıq mərhələsidir.

– Bir futbolçu kimi, Azərbaycan millisində nələrin çatışmadığını deyə bilərsən?

– Buna ancaq Qurban Qurbanov cavab verə bilər. Biz sadəcə bizə verilən tapşırıqları yerinə yetiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail