Elxan Məmmədov: "Bu məsələ FİFA və UEFA ilə məsləhətləşdirilib"

15.09.2018 | 4633 dəfə oxunub

“Bu müzakirə çoxdan gedirdi. İcraiyyə Komitəsinin iclasında qərar rəsmiləşdi. Komitəyə avstriyalı sədr təyin olundu".

Stadium.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə deyib. Baş katib Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin çox təcrübəli mütəxəssis kimi dəyərləndirib: "Stuxlik uzun müddət FİFA və UEFA Hakimlər Komitəsində çalışıb". 

Elxan Məmmədov hakimliklə bağlı yeni strategiyanın tətbiq olunduğunu sözlərinə əlavə edib: "Bu məsələ FİFA və UEFA ilə məsləhətləşdirilib. Stuxlik iclasda öz strategiyasını təqdim etdi. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərin olması vacibdir. Çünki bizim dünyaca məşhur hakimlərimiz olub. 1966-cı il dünya çempionatında Tofiq Bəhramov vacib və doğru qərar qəbul edib. Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir. Bu məqsədlə master-klasslar ola bilər. Bizə lazımdır ki, hakimlərimiz gələcəkdə böyük yarışlarda Azərbaycanı təmsil etsinlər. AFFA konvensiya üzvüdür. Əliyar Ağayev neçə ildir birinci kateqoriyaya yüksəlsə də, digərləri üçüncü kateqoriyalıdır. İstərdik ki, daha yüksək səviyyəli hakimlərimiz çox olsun".

Baş katib komitə üzvlərinin hələlik müəyyənləşmədiyini bildirib: "Növbəti iki həftə ərzində namizədlərlə görüşlər keçirəcək və növbəti İcraiyyə Komitəsində üzvlər təsdiqlənəcək". 

Baş katib yeni sədrin maaşı barədə danışmağın qeyri-etik olduğunu bildirib və əvvəlki komitə sədrlərinə minnətdarlıq edib. "Onlar da çox iş görüblər. Çalışacağıq ki, gələcəkdə keçmiş sədrlər də cəlb olunsunlar. Amma yeni komitə tam müstəqil fəaliyyət göstərəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail