"Digər şeylər üçün araşdırma aparmalıyam" - MÜSAHİBƏ

15.09.2018 | 4863 dəfə oxunub

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlik AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib.

- Təyinatınız necə baş tutdu?

- Məni AFFA-ya UEFA məsləhət görüb. İndiki halda mənim üçün çox maraqlıdır. Araşdırmalardan sonra İcraiyyə Komitəsinə və AFFA prezidentinə məruzə edəcəm. Yeni struktur quracağıq. Elit hakimlər üçün planlarımız var. Gənc hakimlərin üst kateqoriyalara çıxması üçün çalışacağıq. Bilirəm ki, Azərbaycanın keçmişdə tanınmış referiləri olub. Azərbaycandan Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlər çıxıb. Brifinqdən sonra bəzi hakimlərlə görüşəcəm. Medianın bizə köməklik etməsinə şad olardım. Mən dünən gəlmişəm, çox şey araşdırmalıyam. Bu gün “Qarabağ” – “Sumqayıt” oyununu da izləyəcəm. Uzunmüddətli müqavilə bağlamışıq. Böyük planlarmız var.

- Azərbaycan futbolunun hakimliyini araşdırmısınız?

- Ötən il Buxarestdəki matçda Əliyar Ağayevin inspektoru olmuşam. Yaxşı oyun idarə etmişdi. Bu səbəb idi ki, UEFA-da I kateqoriyaya yüksəldi.

- Mətbuata hakimlərin qiymətləndirilməsi açıqlanmır. Bununla bağlı dəyişiklik olacaq?

- Bu, UEFA-da da belədir. Bu, məxfidir. Yalnız hakimlərə deyilir. İctimaiyyət üçün isə həmişə olduğu kimi, sirr qalacaq.

- AFFA qarşınıza böyük hədəflər qoyub. İşinizin öhdəsindən gəlməsiniz, axırınız nə olacaq?

- Əliyar Ağayev I kateqoriyadadır. Hədəf elit kateqoriyadır. Onda elitə yüksəlmək üçün gözəl şanslar var. Məqsədimiz odur ki, dünya və Avropa çempionatlarını idarə etmək üçün hakimlər yetişdirək.

- Gözünüzə dəyən ilk problem nə oldu?

- Əsas məsələ Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin ayrı olması idi. UEFA da təəccüblü idi. Bu məsələ mənim diqqətimi çəkmişdi. Digər şeylər üçün araşdırma aparmalıyam. Mənə qısa zaman verin, hər şeylə tanış olum. Söz verirəm ki, bir neçə həftə sonra görüşünüzə gələcəm.

- UEFA Azərbaycana dəfələrlə danışılmış oyunlarla bağı xəbərdarlıq göndərib. Bu barədə məlumatınız var?

- Xəbərim yoxdur. Bu, hakimliyə aid iş deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail