"Beşiktaş" Kaqavanı nə zaman transfer edir?

15.09.2018 | 5067 dəfə oxunub

"Beşiktaş" Yaponiya şirkətlərindən biri ilə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır. Stadium.Az xəbər verir ki, müqavilə qarşılığında “qara qartallar” 10 milyon avro qazanacaq, eyni zamanda, növbəti transfer pəncərəsi dövründə bir ulduz futbolçunun transferini sözügedən Yaponiya şirkəti tərəfindən həyata keçirilməsinə nail olacaq.

Yaponiya şirkətinin adı bu gün “Vodafon Park”da təşkil olunacaq imza mərasimiylə açıqlanacaq. Həmçinin, şirkət tərəfindən transfer olunacaq futbolçunun adı da məlum olub. Türkiyə mətbuatı bu futbolçunun "Borussiya"nın (Dortmund) üzvü Şindzi Kaqava olduğunu iddia edib.

Yay transfer dövründə adı “Beşiktaş”la yanaşı çəkilən futbolçunu “qara qartallar” icarəyə götürmək istəmiş, lakin Almaniya klubunun yüksək məbləğ tələb etməsi ilə bu transferdən imtina edilmişdi. Bu dəfə isə yaponiyalı futbolçunun birdəfəlik alınması nəzərdə tutulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail