"Zirə"də qələbə ənənəsi Abasovla davam edəcəkmi?

15.09.2018 | 4124 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turu “Zirə”nin baş məşqçisi Samir Abasov üçün debütlə əlamətdar olacaq.

Stadium.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis “qartallar”ı ilk dəfə rəsmi oyuna çıxaracaq. “Səbail”lə “Bayıl Arena”dakı matçda debütü gerçəkləşəcək çalışdırıcı klubun tarixinə 4-cü baş məşqçi kimi düşəcək.

"Qartallar"ın əvvəlki baş məşqçilərinin debüt oyunlarına nəzər salsaq, minimal fərqli qələbə tendensiyasının şahidi olarıq. 2014-cü il sentyabrın 7-də I divizionun MOİK-lə ev oyunundakı 1:0 hesablı qələbə həm “Zirə”nin tarixində, həm də Bəhram Şahquliyevin klubda ilk matçı olub. 2015-ci il aprelin 4-də I divizionun “Bakılı” ilə səfər matçı isə Adil Şükürovun rəhbərliyi altında baş tutan ilk görüş kimi yadda qalıb. “Zirə” yenə 1 cavabsız qolla qalib gəlib. Düzdür, bunadək “Lokomotiv”lə baş tutmayan qarşılaşmadakı texniki qələbə də onun hesabına yazılıb. 2017-ci il yanvarın 29-da isə Ayxan Abbasov baş məşqçi kimi ilk matçına çıxıb. Premyer Liqanın AZAL-la ev oyununda "Zirə" minimal fərqlə üstün olub – 2:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail