"Hər bir klub hansı komandaya qarşı oynadığını bilməlidir" - Qurban Qurbanov

19.09.2018 | 4383 dəfə oxunub

Avropa Liqasının "Sportinq" - "Qarabağ" görüşü öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib

Stadium.az xəbər verir ki, öncə oyun haqda danışan "Qarabağ"ın baş məşqçisi sonra jurnalistlərin suallarını cavablandırıb


 “Heyətimizdə problem olsa da, oyuna yaxşı hazırlaşmışıq, rəqibi analiz etmişik. İnanıram ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək”.

- Sabahkı oyundan gözləntiləriniz nədir?

- Üstünlük rəqib tərəfdədir. Çünki öz meydanlarında oynayırlar və burada çox aktiv olurlar. Buna baxmayaraq, bizim üçün çətin olsa da, rəqibi yaxından tanımışıq. Futbolçularıma güvənirəm və onların ən yaxşı oyunlarını ortaya qoyacağına inanıram.

- Heyətlə bağlı probleminiz var. Zədəli futbolçuların son durumu necədir?

- Qərar verilib: Rəşad meydanda olmayacaq. Miçelin tam durumuna sabah aydınlıq gələcək. Meydanda olub-olmayacağına sabah aydınlıq gələcək.

- Belə görünür ki, rəqib komanda “Qarabağ” haqqında kifayət qədər məlumatlı deyil. Bu, “Qarabağ” üçün hansı üstünlük ola bilər?

- Düşünmürəm ki, məlumatları yoxdur.  Əlbəttə ki, belə hallar olmalı deyil, hər bir klub hansı komandaya qarşı oynadığını bilməlidir. Məşqçilərinin açıqlamasından da görünür ki, bizi yaxından izləyiblər, oyun üslubumuzu bilirlər. Belə böyük komandalar üçün hansısa klub haqqında məlumat toplamaq çətin deyil. Düşünürəm ki, bizi yaxından analiz ediblər.    

- Siz eyni zamanda da milli komandanın baş məşqçisi vəzifəsini yerinə yetirirsiniz və yaxınlarda rəsmi oyununuz olub. “Sportinq”i analiz etməyə vaxtınız olub?

- Bəli, çətindir. Bu sual mənə dəfələrlə verilib və çətin olduğunu demişəm. Maksimum çalışıram ki, həm millidə, həm də “Qarabağ” rəqibi yaxşı analiz edib. Ümümiyyətlə, işimdən zövq alıram.

- “Sportinq”in əsas hücumçusu Bas Dost oynamayacaq. Buna görə rahat yata bilərsiniz.

- Əfsuslar olsun ki, “Sportinq” bir oyunçudan ibarət deyil. Biz işimizə görə hər zaman rahat yatırıq. Düşünürəm ki, uzunboy hücumçunun olmaması müdafiəçilərimizin işini asanlaşdıracaq.

- “Sportinq”in keçmiş futbolçusu, hazırda “Qarabağ”da forma geyinən Simoen Slavçevdən hansı məlumatları toplamısınız?

- Çox istərdim ki, Slavçev sabahkı oyunda forma geyinsin. Əfsuslar olsun ki, o, zədədən əziyyət çəkir. Mən futbolçulardan məlumat toplamağa üstünlük vermirəm. Bundan başqa o, uzun müddətdi “Sportinq”dən ayrılıb və səhv məlumat verə bilərdi.

- "Qarabağ" Azərbaycanın işğal olunmuş ərazilərini təmsil edir. Bu komandanın Avropa arenalarında mübarizə aparması nə dərəcədə üstünlükdür?

- 10 ildi bu komandadayam və həmişə məsuliyyətli olmağa çalışıram. "Qarabağ" adının nə olduğunu, bu ərazilərin başına nə gəldiyini çoxları bilir. "Qarabağ"ın Avropada oynaması böyük üstünlükdür. Məmnunan ki, bu komandadayam və Qarabağ adını tanıtmaq üçün əlimizə fürsət düşüb. Hansı ölkədə olmuşuqsa, Qarabağ haqqında məlumat vermişik və çoxları torpaqların Azərbaycana məxsus olması barədə məlumata sahib olub.  

- Bəzi mənbələr "Qarabağ"ı Ukrayna klubu kimi qələmə verib. Bunun təxribat olduğunu düşünmürsünüz?

- İnanmaazdım ki, təxribatdır. Heç inanmaq istəmərəm. Düşünürəm ki, bu, texniki səhvdir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail