Qurban Qurbamov: "Sona qədər mübarizə aparacağıq"

21.09.2018 | 1136 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” səfərdə “Sportinq”in qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qalibiyyətil yekunlaşıb.

Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb: “Rəqibi təbrik edirəm. Çətin olacağını bilirdik. Futbolçular pis təsir bağışlamadı. Oyunun bir hissəsində hər şey düşündüyümüz kimi idi. İkinci qolda kobud səhvə görə, ilk qolda isə əks hücumdan qol buraxdıq. Rəqibin güclü tərəfi də əks-hücumdur.”

– Oyundan sonra əmin oldunuz ki, qrupdan çıxmağa əsas namizəd “Sportinq” və “Arsenal”dı?

– Əvvəlcədən bunu düşünürdük. Ancaq “Vorskla”nı da yaddan çıxarmaq lazım deyil. Onlar da ikinci yer üçün mübarizə aparacaqlar. “Arsenal” və “Sportinq” favorit olsa da, biz də sona qədər mübarizə aparacağıq.

– Azərbaycanlı futbolçulardan çəkdiyimiz nədir?

– Mən komandamda heç kimi ayırmıram. Heç kimə etiraz etmək istəmirəm, hamı bizim üçün oynayır. Belə ağır oyunlarda bəlkə də, təcrübə çatmır. Narahat ola biləcəyimiz futbolçuların təcrübəsi yoxdu. Bu oyunçularla “Qarabağ” bu səviyyəyə çatıb, onların hər birinin bunda böyük payı var. – Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

– Səfərdə oynayırdıq. “Sportinq”ə qarşı oynayırdıq. 2:0 hesabın mən nəzərə almıram.

– Qoldan sonra sanki oyuna müdaxilə etməkdə çətinlik çəkdiniz, komandanın oyunu taktiki baxımdan çökdü. Sizcə bu hazırlığın az olması ilə bağlıdır?

– Belə sual gözləmirdim. Bu gün oyuna çox yaxşı hazırlaşmışdıq. Futbolçular tapşırıqlara əməl etməyə çalışdılar. Futbolda da səhvlərdən qol vurulur. Oyuna da müdaxilə edirdim. Heç də sizin kimi düşünmürəm – Maksim Medvedevin durumu necədir?

– Cavab verə bilməyəcəm. Dizində probem var. Ümid edirik ki, ciddi zədə olmayacaq. Bakıya qayıtdıqdan sonra baxacağıq

– Emeqara ilk hissədə əlinə düşən imkandan yararlana bilsəydi, hər şey fərqli ola biləcəkdimi?

– Əlbəttə, olacaqdı. Çünki hesab fərqli olacaqdı. İkinci hissədə də qol epizodları oldu. Ümumilikdə, futbolçulardan razı qaldım

– Komanda taktiki baxımdan normal təsir bağışlayırdı. Amma sanki futbolçular psixoloji olaraq hazır deyildilər…

– Təəssüf ki, məğlub olanda suallar çox olur, problemlər ortaya çıxır. Bir şeyi də düşünmək lazımdı ki, biz səfərdə “Sportinq”ə qarşı oynayırıq. Bəzən futbolda elə komponentlər var ki, onu 10-15 dəqiqə ərzində dəyişmək çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.06.2019

25.06.2019

24.06.2019

17:21  Qətər - Argentina - 0:2 VİDEO

23.06.2019

15:18  "Arxayınlaşmaq olmaz" - "Neftçi"nin yeni transferi

22.06.2019

21.06.2019

20.06.2019

18.06.2019

17.06.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi