"Bir az vaxta ehtiyac var" - Karikari

21.09.2018 | 3642 dəfə oxunub

"Neftçi”nin hücumçusu Kvame Karikari klubun rəsmi saytına müsahibə verib.

Stadium.az xəbər verir ki,  "Keşlə” ilə oyun haqda danışan qanalı futbolçu "İnStat” şirkətinin təhlilinə əsasən ikinci dəfə rəmzi komandaya düşməsi ilə bağlı da danışıb.


- "Zirə” ilə oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşırsız?

- Əhval-ruhiyyəm yaxşıdır. Hazırlıq öz axarı ilə gedir. Oyuna çıxıb öz gücümüzü göstərməliyik.

- Rəqibi təhlil edə bilmisinizmi?

- Bəli, rəqibin oyunlarını izləmişik. Turnir cədvəlindəki mövqeyinə baxmayaraq, kifayət qədər güclü komandadır. Ümumiyyətlə, aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaq həmişə çətindir. Onlar turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün var gücü ilə çalışırlar.

- Sabahkı oyundan nə gözləyirsiniz?

- Dediyim kimi, gücümüzü göstərib liderliyimizi davam etdirməliyik. Komandamızın hazırkı vəziyyəti, zirvədə qərarlaşmağı bizi sevindirir, amma rahatlaşmaq olmaz.

- 4 oyunda cəmi 1 qol vurmusuz. "Keşlə” ilə matçda bir neçə qol epizodunu boşa verdiniz...

- Deməzdim ki, qol epizodlarının sayı çox idi. Bir epizodda məni müdafiəçi çaşdırdı deyə, topu itirdim. Digərində isə zərbə endirməyimə imkan vermədilər. Fikrimcə, həmin epizodda penalti var idi, amma hakimin rəyi fərqli oldu.

- Bununla belə, ən yaxşı formanızdan uzaqsız...

- Son matçda göstərdiyim oyun mənim də xoşuma gəlmədi. Söhbət təkcə epizodların dəyərləndirilməməsindən getmir. Axı işimiz yalnız qol vurmaqdan ibarət deyil. Lazım olanda topu saxlamaq, komanda yoldaşları üçün epizod yaratmaq tələb olunur. Bir neçə dəfə top itirdim, düz qərar verə bilmədim.

- Bəlkə komandaya tam uyğunlaşa bilməmisiz?

- Deməzdim. Komanda yoldaşlarımla bir-birimizi yaxşı tanıyırıq. Buna baxmayaraq, 4 oyun da azdır. Bir az vaxta ehtiyac var.

- "İnStat” şirkətinin təhlilinə əsasən 4-cü turun rəmzi komandasına "Neftçi”nin 7 futbolçusu daxil edilib ki, onlardan biri də sizsiniz. Rəmzi komandaya düşmək sizin üçün sürpriz olmadı?

- Xeyr, sürpriz olmadı. Bildiyimə görə bu seçim statistikaya əsaslanır. Mən isə "Keşlə” ilə oyunda çox çalışdım. Ən vacibi komandanın uğurudur ki, buna da nail olduq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail