Sakit şəhər Lissabon - Yazı

22.09.2018 | 1173 dəfə oxunub

Avropa ölkələrinə ikinci səfərim Lissabona oldu. Öncəki isə Roma idi. Müqayisə aparasaq bütün ruhumla Romanı seçərdim. Amma bu Lissabonun gözəlliyinə, qədimliyinə kölgə sala bilməz. Sakit şəhər təsiri bağışlayan Lissabon haqda yaxından tanış olaq.

Öncədən onu qeyd edim ki, öz işlərinin çoxluğuna rəğmən, hər iki səfərdə olan rahatçılığımız üçün daim yanımızda olan, hər bir problemin anında həllinə çalışan klub rəsmisi Yusif Huseynə böyük çox sagol düşür

Lissabon Beynəlxalq Aeroportu - Hava Limanı şəhər mərkəzindən elə də uzaqda deyil. Sərnişinlərin rahatlığı üçün burada  metro da fəaliyyət göstərir. İstifadə etməklə maksimum 10-12 dəqiqəyə ünvana çata bilərsiniz. Ümumiyyətlə isə Lissabonda metrodan istifadə elə də çətin deyil. Tam olaraq gediş-gəliş xətlərini öyrənməyinizə bir neçə saat kifayətdir.

Lissabona yolunuz düşəcəksə, gəzinti üçün başlanğıc nöqtəsi olaraq Ticarət Meydanını seçməyinizi tövsiyə edərdim. Peşman olmazsınız. Taxo çayının sahilində yerləşən meydanı, həm də Lissabonun digər gəzməli - görməli yerləri əhatəyə alır. Meydan qədim arxitekturası ilə göz oxşayır. Bura alış-veriş mərkəzləri ilə boldu. Amma qiymətlər heç də münasib deyil. Bunun üçün şəhərin digər başında yerləşən Colombia adlanan ticarət mərkəzinə getməyiniz məsləhətdir.

Meydandan içərilərə doğru addımladıqca dar küçələr, alış-veriş mərkəzləri səni müşayiət edir. Çox yaxınlıqda Elevador yerləşir ki, bundan istifadə etməklə şəhəri 45m hündürlükdən seyr edə biərsiniz. Amma elevadordan istifadə etməməklə də bu arzunuzu gerçəkləşdirmək olar. Necə ki biz elə etdik. Özünüzə bir qədər əziyyət verib, 10-15 dəqiqə piyada daha irəli və bir qədər də hündürlüyə çıxmaqla Sao Jorgo qalasına çatmış olacaqsınız. Qalaya giriş 8.5 avrodu. Bu məbləği ödəməklə buradan şəhərin füsunkar gözəlliyini görmək, Lissabonu ayaqlarınız altına almaq imkanına sahib olacaqsınız.

Bir şəhərin iki əzəmətli komandası - Çoxlarınıza məlumdur ki, Lissabonu təmsil edən iki əzəmətli klub var - "Benfika" və "Sportinq". Açığı, şəhərdə bu əzəmətə yaraşacaq rəqabət hiss olunmadı. Stadionlardakı abu-hava hara, oyunu günü şəhərdəki süstlük hara. Deyəsən, sakit şəhərin fanatları da şəhərdə sakit olurlar. Üstünlük isə "Benfika" tərəfdədir. Bu komandanı daha çox sevirlər. Mərkəzi küçələrdə "Benfika" klubuna aid atributların satıldığı dükanların çoxluğu, qarşımıza çıxan "Benfika" formalı azarkeşlərin sayı və daha çox kafe, restoranları bəzəyən "Benfika" atributları bunu deməyə əsas verir. Ümumiyyətlə isə "Benfika"  kasıbların klubu kimi tanınır. "Sportinq" isə daha çox imkanlı aillələrin sevimli komandasıdır.

Göy rəngli futbol  məbədi - Söhbət "Sportinq"in ev sahibi olduğu "Jorje Alvalade" stadionundan gedir. Stadionun göz oxşayan akustikası insanı valeh edir. Stadiona yaxınlaşdıqca beynimdə canlandırdığım ölçü tərəzisinin digər gözünə də BOS-u qoyuram. Adamın BOS-a xərclənən milyonların qəpiyinə kimi yazığı gəlir.

Əzəli rəqib - "Benfika"nın məskunlaşdığı "Estadio da Lui"də adına stadion "Jorje Valvalade"dən nədəsə geri qalmır. Həm də 1km yaxınlığında yerləşir. Ümumiyyətlə, bu iki stadionu fərqləndirən əsas məqam rəngləridi. "Valvalade"də göydən, "Lui"də qırmızıdan başqa rəng görmək, səhrada su tapmaq kimi bir şeydir. Stadionun girişində əfsanəvi Eysebionun heykəli, yaxınlıqda isə klub atributları satılan mağazalar yerləşir. Stadiona "Benfika" - "Bavariya" oyununun keçirildiyi günün səhəri getmişdik. Təəssüf ki, səhər saatlarında getdiyimiz stadion bağlı idi. Amma saat 13:00-da ziyarətçilərin üzünə açılacağını öyrəndik. Hətta oyun günün səhəri belə stadion işçilərinə istirahət verilməmişdi. Çünki tələb vardı 

Belə tələbdən, batıb getməkdə olan futbolumuzda da olması ümidiylə Lissabona əlvida deyirik ...

Xanoğlan İmanov, Bakı - Lissabon - Bakı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.12.2018

14:34  Hakim təyinatları açıqlandı - Ölkə kuboku

17.12.2018

09:46  "Sevilya"nın qələbəsi VİDEO

16.12.2018

22:03  "Qarabağ" - "Keşlə" - Geniş icmal VİDEO

21:58  "Qəbələ" - "Sabah" - Geniş icmal VİDEO

18:35  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

13:49  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

10:38  "Yuventus"un qələbəsi VİDEO

15.12.2018

18:47  "Neftçi" - "Sumqayıt" -HEYƏTLƏR

16:22  "Zirə" - "Səbail" - HEYƏTLƏR

14.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi