"Qovulmasam bəlkə də uduzmazdıq" - Samir Abasov

22.09.2018 | 4077 dəfə oxunub

 Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç haqda fikirlərini bildirdi…

– İstəyirdik ki, qələbə qazanaq. Komandada inkişafın olduğunu hiss edirəm. İnanıram ki, bunu artıracağıq. Ancaq bəzi futbolçulardan narazıyam. Əgər qələbə qazanmaq istəyirsənsə, ürəyini, ruhunu qoymalısan meydanda. Bəzi futbolçular fikirləşir ki, məşqçimdeyəcək, biz də çıxıb oynayacağıq və qələbə qazanmalıyıq. Ancaq tək bununla olmur. Ruhla oynamaq lazımdı. Əgər futbolçular ürək qoysaydılar, “Neftçi”yə qalib gələ bilərdik. Hücumda problemlərimiz var. Bu gün uduzmalı deyildik 

– Samir Abasovla oyunun bugünkü 4-cü hakimi Ömər Paşayevin arasında nə problem var ki, o, həmişə sizi texniki zonadan uzaqlaşdırır. Bir də o “striptiz-şou” nə idi ki, iki futbolçunuzu paltarını dəyişməyə göndərdi?

– O, maya kimi məzuniyyət götürsə, bəlkə mən də rahat olaram. Oyundan əvvəl soruşduq və dedilər ki, alt geyimi ağ rəngdə olmalıdı. Amma bir futbolçunu ağ rəngdə olduğuna görə çıxartdı, digərini göy rəngli geyimə görə. Özümüz də bilmədik ki, məqsədi nədi. Ömər Paşayev, bəlkə də, bir tərəfi görür, o birini yox. Bunu bilmirəm. Xəbərim olsaydı, əvvəldən digər texniki zonanı seçərdik.

– Əsəbi davranışlarınızın komandanıza zərər verdiyini düşünmürsüz. Bəlkə qovulmasaydız komanda qalib gələrdi…
– Sakit dura bilmirəm. Bu, əsəb deyil. İstəyirəm ki, mən necəyəmsə, onlar da belə oynasınlar. Bəlkə də, mən orda olsaydım, komanda uduzmazdıq. Məndə düzələsi bir şey yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail