"Daha yaxşı oynaya bilərik" - Nazim Suleymanov

23.09.2018 | 3578 dəfə oxunub

"Keşlə" - "Sumqayıt"oyunundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Nazim Suleymanov jurnalistlərin suallarına cavab verib

“Hər iki komandanın çoxsaylı qol şansları oldu. Təəssüflər olsun ki, bir neçə epizodlardan yararlana bilmədik. Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. İrəlidəki oyunlara baxmalıyıq”.

- Atilla Yıldırımın zədəsi ciddidir?

- Atilla ilə həkimlər məşğuldurlar. Özünü yaxşı hiss etmir. Bu dəqiqə hansısa fikir bildirməyim düzgün olmaz.

- Komandanız çempionata yaxşı başlayıb. Belə gedişat gözləyirdiniz?

- “Sumqayıt” yeni oyunçulardan qurulan komandadır. Gəlin etiraf edək ki, bunu gözləmirdik. Çempioanta başqa hücumçu ilə başlamışdıq, Atilla sonradan komandaya qoşuldu. İstəyirəm ki, futbolçularım stabil oyun sərgiləsinlər. Həmişə yaxşı nəticə qazanmağa çalışırıq. Bir qədər sakit olsaq, daha yaxşı oynaya bilərik.

- Ehtiyatda oyunu gücləndirəcək futbolçu yoxdur. Bu, nə zamana qədər davam edəcək?

- Biz xarici futbolçu götürmürük. Bundan sonra da yerlilərə güvənməyə çalışacağıq. İrəliyə baxmaq lazımdır. - Aleksey İsayev milli komandaya dəvət almağa layiqdir?

- Hər bir məşqçi və klub istəyər ki, milliyə çox futbolçu versin. Hər bir futbolçumu milli komandada görmək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail