Sənan Qurbanov: "Günahkar özüməm"

23.09.2018 | 4300 dəfə oxunub

“Uğursuzluğa son qoya bilmirik. Oyunumuzda inkişaf olsa da, heç kim bunu başa düşməyəcək. Çünki hamı “Qəbələ”dən qələbə gözləyir”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

“Qırmızı-qaralar”  Premyer Liqanın V turunda səfərdə “Qarabağ”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Futbolçularım yaxşı oynamağa çalışsa da, səhvlər etdik. Uzun müddətdir komandadayam, heç kim istəmir “Qəbələ” məğlub olsun. Vəziyyəti düzəltməyə çalışacağıq. Cəzalanmalı futbolçular cəzalanacaq”.

– Hər oyuna qələbə qazanmaq üçün çıxdığınızı deyirsiniz. Rəqib hansı heyətlə meydana çıxmalıdır ki, “Qəbələ” qələbə qazansın?

– “Qarabağ” ikinci heyətlə oynamırdı. Bütün futbolçular “Qarabağ”a lazımdır.

– Bu nəticələrə görə günahkar kimdir?

– Komandanın başında mənəm, ilk növbədə günahkar özüməm. Ancaq çalışırıq, vəziyyəti düzəltmək üçün mübarizə aparırıq. Əlimizə düşən imkanlardan yararlansaq, belə danışmarıq. Məğlubiyyətə səbəbkar özüməm.

– İstefaya göndəriləcəyinizlə bağlı xəbərlər yayılıb.  Bu, doğrudur?

-“Qəbələ” üçün xeyirlisi nə olsa, ilk addımı mən atacam. Rəhbərliyin qərarına hörmətlə yanaşacam. Amma nə qədər ki, burdayam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail