"Ramilin Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi"

25.09.2018 | 4247 dəfə oxunub

"Zenit"in yetirmələri olan, ancaq hazırda bu klubda oynamayan futbolçulardan əla komanda yaratmaq olardı".

Stadium.az xəbər verir k
i, bu fikirləri məşhur şərhçi Vasili Utkin "Moskvanın səsi" radiosunun efirində səsləndirib. "Zenit"in aşağı yaş qruplarından yetişən futbolçulara lazımı diqqət ayırmadığını vurğulayan rusiyalı şərhçi Ramil Şeydayevin Azərbaycan millisinin seçməsinə də münasibət bildirib:

"Zenit" öz resurslarına ümumiyyətlə baxmır. Biz müxtəlif formalarda bunun şahidi oluruq. Elə götürək Aleksandr Qorşkovun "Zenit"in əvəzedici komandasından qovulmasını. Yaxud da milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, hansı ki, sonda elə Azərbaycan vətəndaşlığını qəbul etdi. Türkiyədə oynamağa cəhd göstərdi. Əla mərkəz hücumçusu idi. Düzdür, onun Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi. Təklifləri olsa da, "Zenit"də qala bilərdi. Bütün bunlar mənə qəribə gəlir".

2013-2016-cı illərdə "Zenit"in həm əvəzedici, həm də əsas komandasında çıxış edən Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. 22 yaşlı forvard hazırda isə "Krılya Sovetov"da forma geyinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail