"Komandam döyüşə hazırdı" - Farer adalarının baş məşqçisi

10.10.2018 | 4514 dəfə oxunub

Artıq 3 yaxşı məşq keçmişik. Komandamız döyüşə hazırdır. Azərbaycan millisinin bir neçə oyununu izləmişəm. Deyə bilərəm ki, bizə çətinlik yaradacaq. Son oyunda Kosovoya 0:2 uduzduq. Sabah daha yaxşı oyun sərgiləməliyik. Xal qazanacağımıza inanırıq".

Bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen Millətlər Liqasının 3-cü turunda sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Rəqibiniz 14 saat yol qət edib. Bu, nə dərəcədə işinizə yaraya bilər?

- Ölkələr arasında məsafə uzundur. Biz də Azərabyacana səfər edəcəyik. Başqa əlac yoxdur. Ancaq Azərbaycan millisinə daha çətin olacağını düşünürəm. Çünki onların futbolçuları həftə sonu oyun keçiriblər. - Bir xal sizi qane edəcək?

- Həmişə üç xal üçün oynayırıq. Xüsusilə də evdə. Qələbə qazanmağa çalışacağıq. Başqa nəticə haqda düşünmürük.

- Bir dəfə kuryoz şəkildə Avropa çempionu olmusunuz. Bu dəfə komandanızın Millətlər Liqasında hansısa sürprizi edəcəyini gözləyirsiniz?

- İndidən şanslar haqda nəsə deyə bilmərəm. Bəli, 26 il bundan əvvəl çempion olmuşduq. Artıq ondan uzun müddət keçib. Yəqin bizi çox ciddi rəqiblər gözləyir.

- Sabahkı oyunda məğlubiyyəti gözə alırsınız?

- Yox. Bu haqda düşünmürəm. Baş məşqçilər məğlubiyyət haqda düşünməz. Ancaq bayaq qeyd etdiyiniz kimi, 26 il əvvəl Avropa çempionu olduq. Deməli, futbolda hər bir nəticə qeydə alına bilər.

- “Qarabağ”ın Çempionlar Liqasında “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlməyindən xəbəriniz var?

- “Qarabağ”ı çox yaxşı tanıyıram. Onların “Arsenal”la ötən həftə keçirilən oyunlarına baxmışam. Bilirəm ki, Azərbaycan millisinin müdafiə və orta xətti “Qarabağ”lı futbolçulardan təşkil edilib. Bu oyunçular çox yaxşı çıxış edirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail