Rüfət Dadaşov: "Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq"

12.10.2018 | 4387 dəfə oxunub

"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək". Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik" -  deyə o bildirib.

Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü qol ötürməsi ilə qeyd edib. Onun ötürməsindən sonra D.Nazarov fərqlənib. Dadaşov bu qolu belə şərh edib:

"Dəqiq bilirdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail