Dmitri Nazarov: "Rəqibin qırmızı vərəqə almasını istəyirdik" - MÜSAHİBƏ

12.10.2018 | 4301 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Dmirtri Nazarov Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çox çətin hava şəraiti var idi. Meydançanın da ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Komanda şəklində yaxşı çıxış edirdik. Öz şansımızı gözlədik. Əlimizə düşən şansı da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha çox layiq idik. Şadam ki, 3 xalı qazana bildik.

- Vurduğunuz qol barədə nə deyə bilərsiniz? Sanki Rüfət Dadaşovla bir-birinizi yaxşı başa düşürdünüz?

- İlk növbədə onu demək istəyirəm ki, Rüfətin yenidən milliyə qayıtması üçün çox şadam. Biz məşqdə də bir-birimizi yaxşı başa düşdüyünümüzü anlayırıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz də kollektivi bu matça yaxşı hazırlaşdırıb. Ən vacibi odur ki, biz qələbə qazandıq.
 
- Sanki oyun ərzində rəqib futbolçu Hallur Hanssonla mübahisə edirdiniz?

- Onunla heç bir problemimiz yoxdur. Bu futboldur. Bəzən belə hallar olur.
 
- Rəqib sarı vərəqə alandan sonra Rüfət Dadaşov da onunla mübahisə edirdi. Bu, bilərəkdən edilirdi ki, oyunçu qırmızı vərəqə alsın?

- Sarı vərəqə alandan sonra Rüfət ona qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək barədə düşünürdük. Futbol belə idman növüdür. Bu normaldır. 
 
- Komandanı uzun səfər gözləyir. Milli Malta ilə oyuna kimi bərpa olacaqmı?

- Malta da bu gün oynayıb. Onlar da Bakıya gələcəklər. Biz buna öyrəşmişik. Əsas odur ki, növbəti oyunu doğma meydanda oynayacağıq və qələbə qazanmaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail