Arda Turan müğənninin burnun qırdı, sonra üstünə silah çəkdi VİDEO

14.10.2018 | 1449 dəfə oxunub

Türkiyə millisinin sabiq üzvü Arda Turanın müğənni Berkay arasında baş vermiş davanın görüntüləri yayılıb. Stadium.Az xəbər verir ki, hazırda “Başakşəhər”in formasını geyinən yarımmüdafiəçinin gecə klublarının birində müğənni ilə insident yaşadığı və onun burnunu 15 müxtəlif yerdən qırdığı bildirilib.

Turan son açıqlamasında baş verənləri təsdiqləyib. Amma o, müğənninin həyat yoldaşına sataşmadığını bildirib: "Mövzu Arda Turan olanda media gerçəkləri yox, şayiələri yazır. Bu, həmişə belə olub. Budəfə belə bir çirkin iftira ilə məni təkcə ictimaiyyət qarşısında deyil, 8 aylıq hamilə xanımım qarşısında da alçaltmağa çalışdılar. O gecə nələr baş verdiyini uzun-uzadı danışa bilərəm. Orada olan xanımların heç birini tanımırdım və ailəmi aşağılayacaq hər hansı addıma əsla və əsla yol vermərəm. Deyilənlərin hamısı yalandır. O gecənin əvvəlində olanlarla bağlı heç bir şey söyləməyə ehtiyac duymuram". 

Baş verən hadisə ilə bağlı istintaq başlayıb. Turanın sataşdığı iddia olunan müğənninin həyat yoldaşı Özlem Şahin 31 yaşlı yarımmüdafiəçini prokurorluğa şikayət edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2019

18:02  "Sabah" "Neftçi" -HEYƏTLƏR

15:31  "Qəbələ" - "Zirə" -HEYƏTLƏR

18.04.2019

18:11  "Qarabağ" - "Keşlə" - HEYƏTLƏR

15:50  "Sumqayıt" - "Səbail" - HEYƏTLƏR

17.04.2019

16.04.2019

20:33  İK-a çərimələri açıqladı - Monroz cəzasız qaldı

20:19  Turun rəmzi komandası - Foto

15.04.2019

14.04.2019

17:22  "Səbail" - "Neftçi" -HEYƏTLƏR

14:33  "Keşlə" "Qəbələ" -HEYƏTLƏR

13.04.2019

17:58  "Qarabağ" - "Sabah" -HEYƏTLƏR

15:22  "Zirə" - "Sumqayıt" -HEYƏTLƏR

12.04.2019

11.04.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi