Qara Qarayev: "Biz də güclülərə qarşı müdafiə olunub, xal ala bilirik"

15.10.2018 | 663 dəfə oxunub

“Milli komandanın oyunlarına bəlkə də, klubdakı oyunlarımızdan daha ciddi hazırlaşırıq. Qarşıdakı iki oyunda əlimizdən gələni edəcəyik. Bizdən aslı olan və olmayan səbəblər var ki, qələbə qazanmağımıza mane olur. Yaxşı oynayıb, nəticə qazanmaq üçün var gücümüzlə çalışacağıq. Nə lazımdırsa, qurban verəcəyik ki, qarşıdakı matçlarda uğur qazanaq”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan(1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

O, bugünkü heç-heçəni millinin uğuru adlandırıb: “Düşünürəm ki, Qurban müəllimin gəlişindən sonra bugünkü oyun millinin ən yaxşı oyunlarından biri oldu. Xeyli qol epizodu yaratdığımız matçlardan biri idi. Yetmiş faiz yox, yüz faizlik qol şansları yaratdıq. Məncə, bu yaxşı oyunmuzu sabit saxlamalıyıq. Hər oyun belə oynasaq, nəticə qazanacağıq. Bugünkü heç-heçəyə uğursuzluq deməzdim. Buna millinin uğuru deyərdim. Yığmamız daha yaxşı oynamağa başlayıb. İstədiyimiz epizodları yarada bilirik. Oyun ərzində rəqibə elə də çox şans vermədik. Sadəcə, bir epizodları oldu və ondan da istifadə etdilər. Biz komanda olaraq daha yaxşı oynadıq. Biz də güclülərə qarşı müdafiə olunub, xal ala bilirik. Bizə qarşı da müdafiə olunub, xal ala bilirlər. Qələbə qazansaydıq, daha yaxşı olardı. Məncə, belə davam edib, bu tempi, uğuru saxlamaq lazımdır”.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmamız reytinqinə görə Malta və Kosovadan o qədər də yüksəkdə deyil: “Düşünürəm ki, bizdən nə qədər çox şey istəsəz, biz daha yaxşı olmağa çalışacağıq. Sizin – azarkeşlərin, jurnalistlərin bizdən yaxşı nəticələr istəməsi normaldır. Amma bir məsələ də var ki, bütün yığmalar güclülərə qarşı müdafiədə oturub, mübarizə apara bilirlər. Millimiz reytinqdə Malta, Kosova kimi komandalardan 4 pillə yuxarıda deyil. Bu, öz komandamı aşağılamaq deyil. Sadəcə, biz onlardan 1-2 pillə yuxarıdayıq”.

Qarayev qarşıdakı oyunlarda qələbə üçün əllərindən gələni edəcəklərini söyləyib:“Ermənistanın Cəbəllütariqə məğlub olması gözlənilməz idi. Amma bayaq dediyim kimi, artıq bütün komandalar ən azı 1 xal üçün mübarizə apara bilir. Kosova ilə matçda qələbə qazanarıq. Buna söz vermək bir futbolçu olaraq çətin bir məsuliyyətdir. Amma yenə deyirəm, qarşıdakı oyunlarımızda qələbə üçün nəyimiz varsa, qurban verməyə hazırıq və verəcəyik də”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.01.2019

22.01.2019

21.01.2019

03:18  "Napoli" - "Latsio" 2:1 VİDEO

20.01.2019

13:02  "Qarabağ"ın qələbəsi VİDEO

03:48  "Roma" - "Torino" 3:2 VİDEO

03:47  "Selta" - "Valensiya" 1:2 VİDEO

03:39  "Hueska" - "Atletiko" 0:3 VİDEO

02:39  "Real" - "Sevilya" 2:0 VİDEO

01:26  PSJ - "Genqam" 9:0 VİDEO

00:27  "Arsenal" - "Çelsi" 2:0 VİDEO

19.01.2019

14:11  AFFA öz sisteminə qayıtdı - Üç milli ləğv olundu

12:13  "Neftçi"nin qələbəsi VİDEO

18.01.2019

15:50  "Qarın çıxarmamaq üçün oynayıram" - Keçmiş "Xəzər Lənkəran"lı

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi