Tanınmış rus idmançısını məğlub edən Rail Rəcəbov kimdir?

15.10.2018 | 4497 dəfə oxunub

Azərbaycan kikboksinqinin parlaq simalarından biri də Rail Rəcəbovdur. Stadium.Az xəbər verir ki, 1997-ci ildən idmanla məşğul olan Rail Rəcəbov 1986-ci il 10 iyulda Bakı şəhərində anadan olub.

13 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb. 2008-2009-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçib. O, “Rabitə” İdman Klubunda məşqlərini  Ceyhun Abbasovun rəhbərliyi altında davam etdirib. Rail Rəcəbov 5 peşəkar döyüş keçirərək, 3 qələbə qazanıb: 

"5 dəfə Azərbaycan çempionu olub. 2001-2004-cü illərdə gənclər arasında, 2007-ci ildə kişilər arasında titulu qazanıb. O, daxili çempionatlarla yanaşı beynəlxalq yarışlarda da vətənimizi təmsil edib. 2006-ci il “world profil” üzrə dünya çempionatının “lou” versiyasi üzrə ikincisi, muay-tai üzrə üçüncüsü olub. 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yerə çıxıb. Ardınca 2007-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnirdə tanınmış rus döyüşçüsü Aleksandr Ramaşka üzərində qələbə qazanıb. Qələbə Rusiyada idman ictimaiyyəti arasında da böyük rezonansa səbəb olub. Daha sonra isə 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yeri əldə edib. 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi olub”.

Təəssüf ki, Rail idmanı tez buraxıb. Lakin diqqətdən kənarda qalmayıb. İdmanda fərqləndiyinə görə 2007-ci ildə “İdman ustası" adına, 2012-ci ildə "Əməkdar idman ustası", 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsinin "fəxri fərman"ı mükafatı ilə təltif edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail