"Qarabağ"ın qapıçısı qəza törətdi

19.10.2018 | 380 dəfə oxunub

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Stadium.az Publika.az-a istinadən yaydığı xəbərə görə, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Halldorsson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub. Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" hələ də Poltavadadır - Bakıya dönüş yubanır
Son xəbərlər

15.11.2018

17:29  "Bunu Azərbaycana qarşı etmişdik" - Maltanın baş məşqçisi

16:38  Milli komandamıza 50000 manat mükafat - Qrupdan çıxsalar

12:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.11.2018

16:18  Ayxan Abbasov "Sumqayıt"da - RƏSMİ

13.11.2018

12.11.2018

13:29  "Monako" - PSJ - 0:4 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi