"Zirə"də yubiley

22.10.2018 | 4025 dəfə oxunub

Premyer Liqanın 8-ci turunun “Keşlə” ilə səfər qarşılaşması “Zirə” üçün əlamətdar olub.

Stadium.az klubun saytına istinadən yaydığı xəbərə görə, “qartallar” Premyer Liqada 100-cü matçını keçirib. Azərbaycan çempionatının yüksək dəstəsində 2015/16 mövsümündə debüt edən komanda indiyədək 100 görüşə çıxıb. İndiyədək 40 qələbə qazanan “Zirə” 29 heç-heçə edib və 31 dəfə uduzub. Rəqib qapılarından 110 top keçirən futbolçularımız 98 qol buraxıb. 2015/16 mövsümündə 36, 2016/17 və 2017/18 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınamışdı. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub. 100 görüşdən 50-ni evdə keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda top fərqi 43-47-di. Evdəki 50 oyunda isə 26 qələbəsi olan komanda 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri 51 top buraxıb. Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail