Ronaldo: "Mançester Yunayted”in uğur qazandığını demək düzgün deyil"

08.11.2018 | 4769 dəfə oxunub

“Çempionlar Liqası xüsusi turnirdir. Burada hesabda öndə olsan belə arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun ərzində üstün tərəf biz idik və çoxlu qol imkanı yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Mançester Yunayted”ə 1:2 hesabı ilə  uduzduqları oyunu şərh edərkən deyib.

Ronaldo daha sonra belə davam edib:

“Mançester Yunayted” qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil. Çünki oyunu rəqibə hədiyyə etdik. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik”.

Portuqaliyalı hücumçu vurduğu qol haqda da danışıb: “Paltardəyişmə otağında vurduğum qola təkrar baxdım. Möhtəşəm bir qol olduğunu söyləyə bilmərəm, amma yaxşı zərbə vurmuşam. Qol vurmağımdan məmnunam, amma qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail