Rəşad Sadıqov: "Əsas odur ki, "Qarabağ" daha bir tarix yazsın"

09.11.2018 | 4398 dəfə oxunub

"Oyundan öncə özümüzü hazırlamışdıq ki, matç gərgin keçəcək. Dünən axşamkı məşqdə də meydançanın donduğunu gördük. Ona görə də buna hazır idik. Rəqib də evdə oynayırdı deyə bilirdik ki, daha istəkli və aqressiv olacaqlar. Düşünürəm ki, fərqli və maraqlı oyun oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm, yaxşı çıxış etdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Bunun da sonunda yaxşı nəticə əldə etdik".

Bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin  turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.


- Bu gün müdafiənin mərkəzində Yakub Jezniçak ilə tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsiniz?

- Biz əvvəllər də bir neçə oyunda birlikdə oynamışdıq. Bədavi Hüseynov zədəli olanda, "Atletiko" və elə "Vorskla" ilə ev oyununda da birlikdə oynadıq. Komandada stoper mövqeyində rəqabət güclüdür. Baş məşqçi Qurban Qurbanov da rotasiyalar edir və kimə şans verirsə meydana çıxıb əlindən gələni etməyə çalışır.


- Meydanın donması və sürüşkən olması oyununuza necə təsir etdi?

- Topa nəzarət etmək biraz çətinləşdi. Amma bu oyunun sürətli olmasına da şərait yaratdı. Çox sayda ikili mübarizələr olurdu. Düşünürəm ki, maraqlı oyun oldu.


Qrupdan çıxmaqla bağlı şanslarınız necədir?

- "Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi. Düzdür şanslarımız elə də çox deyildi, amma indi daha da çətindir. Biz də "Sportinq"lə evdə oynayırıq yaxşı nəticə qazanmağa çalışacağıq.


Bu gün Avroliqalardakı 99-cu görüşünüzü keçirdiniz. 100-cü görüş "Sportinq"ə qarşı ola bilər. Bu oyun sizin üçün nə qədər xüsusi olacaq?

- Mənim üçün ən önəmlisi o olardı ki, "Qarabağ" daha bir tarix yazsın və "Sportinq" kimi komandadan xal və xallar alsın. Əsas önəmli olan budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail