Kulaç: "Qarabağ" bu dəfə fərqli oynadı"

09.11.2018 | 3689 dəfə oxunub

“Qələbə istəyimiz böyük idi. Oyunun bizim üçün vacibliyini  dərk edirdik. Ancaq erkən buraxılan qol nəticəyə təsir etdi”.

Stadium.az xəbər verir ki, bu sözləri  “Vorskla”nın futbolçusu Vladislav Kulaç Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra deyib.


Ukraynalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məğlubiyyətin səbəbini izah edib:“Biz topa nəzarət etmək, müdafiədən hücuma ötürmələrlə çıxmaq istəyirdik. Amma keyfiyyətli irəliləyiş olmadı. Sonra isə uzun ötürmələrlə rəqibin müdafiəsini yarmağa çalışdıq. Düşünmürəm ki, rəqibin imkanları çox oldu. Onlar əsasən standart vəziyyətlərdən nə isə etmək istəyirdi. Bizim də belə vəziyyətlərdə bir neçə imkanımız oldu".

Kulaç Bakıdakı görüşlə müqayisədə bu matçın daha çətin olduğunu qeyd edib: "Fikrimcə, heç-heçəlik oyun idi. Buraxılan qol, xüsusilə də bunu özün yaradırsansa, psixoloji təsir edir. Bakıda “Qarabağ” bir az fərqli oynayırdı. Onlar bizim meydanda daha çox açılmağımızı istəyir, biz isə mövqeyimizi saxlayırdıq. Burda isə onlar Ukraynadakı əksər klublar kimi oynadı. Taktiki cəhətdən bu oyun daha çətin idi. Çünki səfərdə biz hesabı açanda rəqib irəli atılmışdı və əks-hücumlar üçün önümüzdə sahə açılmışdı. Burda isə əksi oldu. Bakıda bəxtimiz gətirdi, bu dəfə isə yox. Amma ruhdan düşmürük.  Əminəm ki, “Şaxtyor”la çempionat oyunundan sonrakı fasilə xeyrimizə olacaq. “Arsenal”la matça yaxşı hazırlaşacağıq. Bilirik ki, anşlaq olacaq. Əlimizdən gələni edib, futbol oynamağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail