Bordin: "Sonuncu yerə layiq olmayan rəqiblə oynadıq"

10.11.2018 | 4276 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto bordin Topaz Premyer Liqasının XI turunda evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Son anlara qədər sərt oyun oldu.Hər iki komanda qələbə qazanmaq istəyirdi. Souncu yerə layiq olmayan rəqiblə oynadıq. Üzücü hal odu ki, hesabda öndə olduğumuz halda bunu qoruya bilmədik.

 

- Əvvəldən bildirilirdi ki, “Neftçi”nin müdafiəsində boşluqlar var. Petrov meydanı tərk etdikdən sonra bunlar daha qabarıq nəzərə çarpdı. Anton Krivotsyuk-Slavko Braliç cütlüyünün “Neftçi” səviyyəsində olmadığı aydındı. Müdafiənin çıxışı haqda nə deyə bilərsiz?
- Son oyunda Anton-Braliç cütlüyü yaxşı çıxış etmişdi. Kiril də öz təcrübəsi ilə fayde verir. müdafiəmizdə problem yoxdu.

 

- Anton Krivotsyukun oynanamasının xüsusi səbəbi var idi?
- Bu nə sualdı?! Sualın məntiqini başa düşmədim. Heyət son məşq üzərində müəyyənləşdirilir. Sualın mahiyyətini anlamadım. Futboldu. Bu dəfə Antonu yox, Braliçi seçdik. Sadəcə, taktiki seçim idi.

 

- Rəqib komandada xüsusi fərqləndirə biləcəyiniz futbolçular varmı?
- Fərdi olaraq kimsə barədə fikir bildirə bilmərəm. Komanda olaraq normal futbol göstərdilər. Hesab 2:2 olarkən rəqib əks-hücumda yenə fərqlənə bilərdi.

 

- Baxışda olan Mamadu Kane ilə müqavilə imzalayacaqsız?
- Hələ bu haqda danışmaq üçün tezdi. Məşqlərə baxıb qərar verəcəyik. Yaxşı futbolçudu.

 

- Matç zamanı halı pisləşən köməkçiniz Füzuli Məmmədovun vəziyyəti necədi?
- Durumu yaxşıdı. Bu gün həm ona, həm də “Zirə”nin qapıçısına görə bir az qorxduq. Gərgin gün alındı. Şükürlər olsun ki, hər şey yaxşıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail