"Yorğunluq var, amma xarakter bunu sığortalayır" - Qurban Qurbanov

11.11.2018 | 255 dəfə oxunub

Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluğa görə yox, bəzən Avroliqadakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi. Bu gün futbolçular çox əziyyət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvləri istirahət etməyəcək". 

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunun "Qəbələ" ilə oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib. Qələbəni şərh edən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sanki ilk hissədə komandada yorğunluq var idi. Amma ikinci hissədə tam fərqli oyun oldu...

- Səfər oyunlarında istər-istəməz ağırlıq hiss olunur. Amma futbolçuların ilk hissədə yorğun olduğunu deməzdim. Qola kimi də topa nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Amma ikinci hissəyə özlərini daha diqqətli hazırladılar. Buraxılan qol bəlkə də bizim üçün xeyirli oldu. Futbolçular daha aktiv oldular. Yorğunluq var, amma konsentrasiya və xarakter bunu sığortalayır.

- Vaqner üçün əsas heyət şansının bitdiyini demək olar?

- Xeyr. Qarşıdakı oyunlarda o da oynamaq imkanı qazanacaq. Hər üç qapıçıya eyni gözlə baxıram. Elə oyunlar var Şahruddinə, eləsində də Vaqnerə ehtiyac olur. Hər üçünü əsas qapıçı sayıram. Fərqli fikirlər ola bilər. Sadəcə, Hannes şansından yaxşı istifadə etdi. Bizdə bir səhv həlledici olmur. Hər bir futbolçudan istifadə etməyə çalışırıq. Bizdə ən az şans qapıçılara verilir.

- Son illər Qəbələ səfərində belə asan oyun yadınıza gəlirmi?

- Rahat deməzdim, çətinlik oldu. Sadəcə, 3 qol vurduğumuz üçün rahat görünür.

- Ancaq təzyiqi artıran kimi, ardıcıl qollar vurdunuz...

- İlk hissədə nə qədər əziyyət çəkdiyimizi gördünüz. Bunlar elə də rahat deyil. Kənardan fərqli görünə bilər. Bəzən 5-6 qol vəziyyəti yaradıb, fərqlənə bilmədiyin hallar olur.

- Abdullah Zubirin dəyişdirilməsi nə ilə bağlı idi? Onun çıxışı sizi qane etmir?

- Belə deməzdim. Oyunun gedişinə görə dəyişiklik edirəm. Ukraynada yorulmamışdı, oyunun gedişi bunu tələb edirdi. Amma bu gün yorulmuşdu. Orta sahəni gücləndirmək üçün bu addıma əl atdıq.

- Yığma üzvlərini son turda izləmisinizmi?

- Hamısını izləyirik. Razı qaldığım nüanslar çoxdur. Son iki oyundan sonra ayrılıqda danışığımız oldu. Hər birinə güvəndiyimi və qarşıdakı matçlarda daha yaxşı çıxış gözlədiyimi dedim. Bir aylıq performanslarından razı qaldım. Sabahdan yığışıb bir yerdə olacağıq. O zaman daha yaxından görəcəyəm. Qarşıda vacib oyunlarımız olacaq. Bunun üçün böyük məsuliyyət lazımdır. Düşünürəm ki, futbolçular buna hazır olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2018

10.12.2018

09.12.2018

23:57  "Hueska" - "Real" - 0:1 VİDEO

22:40  "Keşlə"nin qələbəsi - Geniş icmal VİDEO

22:36  "Neftçi" belə xal itirdi - Geniş icmal VİDEO

22:17  "Səbail" - "Qəbələ" - Geniş icmal VİDEO

16:48  "Zirə" - "Qarabağ" -HEYƏTLƏR

15:24  "Sabah" - "Keşlə" - HEYƏTLƏR

08.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi