"Qısaca, "Qarabağ" bizdən güclüdür" - Sənan Qurbanov

11.11.2018 | 4346 dəfə oxunub

Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm. “Qarabağ”, xüsusən də, ikinci hissəni yaxşı keçirdi. Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələnir. Qısaca, "Qarabağ" bizdən güclüdür”. 

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 11-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdim...

- “Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 drəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur. Düşünmürsünüz ki, əvəzləməni gec etdiniz? Eyni zamanda Rauf Əliyevi niyə meydana buraxmadınız?

- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa heyətin güclənməsinə inamınız yoxdur?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail