Tərlan Əhmədov: "Qələbə çox vacib idi"

11.11.2018 | 6728 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XI turunda səfərdə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

- Qələbə bizim üçün çox vacib idi. Çünki son pillələrdə qərarlaşmışıq. Bu oyuna həddindən artıq çox yaxşı hazırlaşmışdıq. Müdafiədə az səhvlər etdik. Kompakt komanda yaratmaq istəyirəm. Amma hələ ki, tam alınmır. Qələbə qazandığımıza görə şadam. Millinin oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışacağıq.

- Vaqif Cavadovun olmamasına səbəb nə idi?

- Vaqif xəstədir, hərarəti var. Ona görə də, bu gün yox idi.

- Amil Yunanov nə yemişdi ki, belə yaxşı oynadı?

- Yerli futbolçuların olmasına çox sevinirəm. Amillə söhbətim olub, potensialına bələdəm. Başa saldım ki, istəkli olmalı və daha da inkişaf etməlisən. Mən istədiyimin 50-60 faizini etməyi bacardı.

- Ebrima Sohnanın qışda komandadan göndəriləcəyi söylənilir. Bu məsələ doğrudur?

- Heç bir siyahım yoxdur. Bu haqda rəhbərliklə söhbətim olmayıb. Qışa qədər bu heyətlə davam edəcəyik. Ondan sonra heyətlə bağlı qərar verəcəyik. Qış fasiləsinə bir tur qalmış rəhbərliklə söhbət edəcəyik, qərarımızı verəcəyik.

- Sizdən əvvəl iki futbolçu "Keşlə"ni tərk edib - Pərdis Fərcad-Azad və Adrian Skarlatake. Onların yeri görsənir?

- Yox, əvəzolunmaz insan yoxdur, təkrarolunmaz var. Bu komandada kim varsa, öna hörmət edirik. Bizim o mövqedə futbolçularımız var. Bu gün hücumda Amil Yunanov oynayır, buna sevinirəm. Demək olar ki, gedənlərin yeri görünmür. Hücum xəttinə daha gənc futbolçu cəlb etmək istəyirəm. 

- "Neftçi"də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?

- O, təcrübəli futbolçudur. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə"də az oynayıb. 4 hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır. 
 
- "Sumqayıt"la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?

- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt"la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim. 

- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?

- Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail