Maksim Medvedevdən tarixi göstərici

12.11.2018 | 4141 dəfə oxunub

Premyer Liqanın 11-ci turu Maksim Medvedev üçün əlamətdar olub. 

Stadium.az PFL-in rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. 

Yalnız bir komandada – "Qarabağ"da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib. Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. 


Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub. 

Qeyd edək ki, Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail