"Səbail"dən tarixi qələbə

13.11.2018 | 4936 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XI turunun “Sabah” – “Səbail” oyunu hər iki klubun tarixinə düşüb. Stadium.Az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn qonaqlar özünün TPL-də ən böyükhesablı qələbəsini qazanıb.

Bu, “Səbail”in ümumiyyətlə ilk böyükhesablı qalibiyyətidir. Premyer Liqada ötən mövsüm debüt edən “Səbail” əvvəlki 38 matçda 2-dən artıq top fərqilə qalib gəlməmişdi. Əvvəlki 11 qələbədən 2-si texniki nəticə, 8-i bir, 1-i isə iki top fərqilə qeydə alınmışdı. Cari mövsümün VII turunun “Sumqayıt”la oktyabrın 5-dəki görüşdə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən Aftandil Hacıyevin yetirmələri ilk dəfə üç xalı 1-dən çox fərqlə qazanmışdı. “Əlincə Arena”dakı görüşdə isə həmin göstərici ikiqat üstələnib.

Bu oyun “Səbail”in ən çox qol vurduğu Premyer Liqa matçıdır. Paytaxt təmsilçisinin əvvəlki rekordu ötən mövsümdə qeydə alınmışdı. 2017-ci il noyabrın 18-də “Kəpəz”lə səfər qarşılaşmasında 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlmişdi. XI turun oyunundakı məğlubiyyət “Sabah”ın Premyer Liqada ən böyükhesablı yenilgisidir. Bunadək bir dəfə ağır məğlubiyyət alan Elşad Əhmədovun komandası II turda “Sumqayıt”a 1:4 hesabı ilə uduzmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail