Quardiolanın çempionluğa 5 namizədi var

13.11.2018 | 4259 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola İngiltərə Premyer Liqasında çempionluğa iddialı klublardan danışıb. 

Stadium.Az xəbər verir ki, təcrübəli çalışdırıcı titula 5 komandanın namizəd olduğunu bildirib: 

“Çempionat yeni başlayıb. Komandalar birincilik uğrunda inamla mübarizə aparır. Hamı çempionluğa can atır. Hesab edirəm ki, "Mançester Siti", "Liverpul", "Çelsi", "Arsenal" və "Tottenhem" də iddialıdır. Bu klubları cəmi 2 xal qabaqlayırıq. Ötən mövsüm “ Enfild”dən əliboş qayıtdıq. Bu il heç-heçə oynadıq. Ötən il səfərdə "Mançester Yunayted"ə uduzduq. Bu dəfə qalib olduq.

Matçların əksəriyyətində yaxşı oynayırıq. Amma problemlərimiz də mövcuddur. Hələ mövsümün sonuna xeyli vaxt var. Nələr olacağını bilmirik. Çox şey dəyişə bilər”.

Quardiolanın komandası turnir cədvəlində birinci yerdədir. 12 turdan sonra 32 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail