"Qarabağ"a qarşı intizam işi

14.11.2018 | 3608 dəfə oxunub

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

"Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail