"Real", "Barselona", "Mançester Yunayted", "Mançester Siti" və "Bavariya" 20 yaşlı ispaniyalını istəyir

15.11.2018 | 4071 dəfə oxunub

İspaniya nəhəngləri "Real" və "Barselona" bir futbolçu üçün mübarizə aparacaqlar. Stadium.Az xəbər verir ki, prinsipial rəqiblər Zaqreb "Dinamo"sunun hücumçusu Dani Olmo uğrunda mübarizəyə başlayıb.

Hər iki komanda Kataloniya klubunun yetirməsi sayılan forvardı heyətinə qatmaqda maraqlıdır. "Barselona" nümayəndələri 20 yaşlı ispaniyalının agenti ilə danışıqlara da start verib.

Klub akademiyasının hücumçuları arasında böyük rəqabət üzündən 4 il öncə vətəni tərk edən hücumçunun doğma rənglərə üstünlük verməsi kifayət qədər inandırıcıdır.

"Dinamo"nun 25 milyon avro tələb etdiyi transfer məbləğini "Real" da ödəməyə hazır olduğunu bildirib. Madridlilər belə imkanı əldən qaçırmaq istəmir.

Lakin İspaniya klubları Olmo mübarizəsində tək deyil. Belə ki, "Mançester Yunayted", "Mançester Siti" və "Bavariya" da gənc hücumçunu izləməkdə davam edir.

2015-ci ilin fevralında "Dinamo"da debüt edən ispaniyalı cari mövsümün 10 matçında 2 qol vurub.

Image result for Dani Olmo



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail